Füzuli rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ümumxalq sevgisi ilə anılıb

Füzuli rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ümumxalq sevgisi ilə anılıb

Füzuli rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ümumxalq sevgisi ilə anılıb

Bu gün Azərbaycan xalqının xilaskarı, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 16-ci ildönümünü Füzuli ictimaiyyəti dərin məhəbbət və ehtiramla yad ediblər. Füzuli rayon ictimaiyyətinin nümayəndələri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə rayonun Heydər parkında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdiriblər. İcra Hakimiyyəti başçısının, rayonun idarə-təşkilat rəhbərlərinin və kollektivlərinin, Milli Qəhrəman və şəhid ailələrinin üzvülərinin, hərbiçilərimizin, ağsaqqallar və ziyalıların iştirak etdiyi Anim mərasimində böyük izdihamın olması xalqın Ümummilli liderə olan böyük sevgisinin əks etdirdi.

Tədbirdə çıxış edən Rayonumuzun İcra başçısı qeyd etdi ki, füzulilər Ulu öndər Heydər Əliyevi daim sevgi və məhhəbbətlə anıb. Bu gün dahi şəxsiyyətin gördüyü işləri görməmək olmaz. Azərbaycan xalqı fəxr edə bilər ki, onun tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır. Vətənimiz üçün çox mürəkkəb bir dövrdə xalqına arxa olan Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoyub. Onun zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilib. Rayon rəhbəri bildirib ki, bu gün bunu Azərbaycan xalqı yaxşı dərk edir və Ulu Öndərə olan sevgini göstərir. Ən əsası da 1990-cı illərdə çox ağır, böhranlı vəziyyətə düçar olmuş xalq ötüb keçənləri unutmayıb və xilasına görə özünü Heydər Əliyevə borclu sayır. Biz Füzulilərdə Ulu Öndərin 1994-cü il yanvar ayında Horadiz əməliyyatı zamanı gösdərdiyi şücaəti heç zaman unuda bilmərik. Məhz Ulu öndərin qətiyyəti və inamı sayəsində ordumuz Füzuli rayonun 20 yaşayış məntəqəsini düşməndən azad etdi. O qanlı- qadalı müharibə günlərində Füzulilər dahi şəxsin sevgisinə və dərin zəkasına uzaq görən siyasətinə güvəndilər, İnanırdılar ki, Ulu öndər bizlər qarşısında mayak olacaq. Doğurdanda belə oldu bu gün Horadiz şəhərinin timsalında çiçəklənən Azərbaycan görürük bizlər. Füzulilər hər zaman Ulu öndərin əziz xatirəsini qəlblərində yaşadacaq, onun ruhu qarşısında baş əyəcəklər. Sonda Məktəblilərin ifasında Ulu öndərə aid şeirlər dinlənildi.