" Milli iftixarımız - şanlı Bayrağımız"

" Milli iftixarımız - şanlı Bayrağımız"

Diqqət! Diqqət!

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 8-də Füzuli rayonunda "Bayraq yürüşü" keçiriləcək. Yürüşün keçirilməsində əsas məqsəd gənclərə dövlət bayrağımıza ,vətənə sevgi, eləcə də milli- mənəvi dəyərlərimizə hörmət və məhəbbəti təbliğ etməkdir. Yürüş saat 10:00-da Füzuli rayon Horadiz şəhər Heydər parkının qarşısından başlayacaq, Bayraq meydanında bitəcək. Daha sonra saat 15:00-da Heydər Əliyev Mərkəzin də növbəti tədbir " Milli İftixarımız - Şanlı bayrağımız" adlı möhtəşəm tədbir təşkil olunacaq. Tədbirdə Horadiz şəhər №1 körpələr evi uşaq bağçası və Əhmədalılar kənd körpələr evi uşaq bağçasının balaca fidanları iştirak edəcək. Tədbirin əsas məqsədi gələcəyimiz olan uşaqlara bayrağımızı sevdirmək, ona məhəbbət hissini daha da artırmaqdır. Bütün Vətənini, bayrağını sevən hər bir gənci yürüşə qoşulmağa çağırırıq.

Torpağım üstünə kölgələr salan,

Mənim varliğımın cilası - Bayraq.

Zəfərdən doğulmuş Göy Türk dən qalan,

Qurd - başlı Bayrağın balası Bayraq.

Üç - rəngili Bayrağın kölgəsində mən,

Qaraca torpağı Vətən görmüşəm.

Zəfər güllərini dövri - qədimdən,

Bayraq işiğında bitən görmüşəm.