"GƏNC NƏSLƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN HƏYATININ VƏ SİYASİ İRSİNİN ÖYRƏDİLMƏSİ"

"GƏNC NƏSLƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN HƏYATININ VƏ SİYASİ İRSİNİN ÖYRƏDİLMƏSİ"

30.10.2019-cu il tarixində Füzuli rayon Heydər Əliyev Mərkəzində " Gənc nəslə Ulu öndər Heydər Əliyevin həyatının və siyası irsinin öyrənilməsi" mövzusunda Füzuli rayon İcra Hakimiyyətinin, RTŞ -nin və Heydər Əliyev Mərkərinin təşkilatçılığı ilə tədbir təşkil olundu. Tədbirdə Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova, RTŞ-nin nümayəndəsi və Horadiz şəhər məktəblərinin 11-ci sinif şagirdləri iştirak etdilər. Əvvəlcə Mərkəz haqqında tədbir iştirakçilarına geniş və maraqlı məlumatlar verən Mərkəzin ekskursiyaçısı İlahə Cəfərova Ulu öndər Heydər Əliyevin Gənc nəsilə örnək bir şəxsiyyət olduğunu vurğuladı. Daha sonra Mərkəzin kiçik konfras zalında "Siyasi sabitlik və milli dövlətçiliyin möhkəmləndiriməsi" mövzusunda tədbir təşkil olundu. Məktəblilərə qeyd olunan mövzuda məruzələr oxundu, sonda Ulu öndər Heydər Əliyevin Həyatının ən maraqlı anlarını özündə əks etdirən vidyo çarx izlədi.