Yaxın mədəniyyət müəssisələri

Heydər Əliyev parkı

Füzulilərin Ulu öndər Heydər Əliyevə olan sonsuz hörmət və sevgisinin bariz nümunəsi olan, Heydər Əliyev Mərkəzinin ərazisində 2.5 hektar sahəni əhatə edən Heydər Əliyev parkı qurulmuşdur. Əsası 2011-ci ilin payızında qoyulan parkın açılışını 15 dekabr 2012-ci ildə Möhtərəm prezidentimiz cənab İlham Əliyev şəxsən öz etmişdir. Parkda Amerka,İtalya və Türkiyədən 10 mindən çox müxtəlif ağaclar və gül kolları gətirilib əkilmişdir. Öz orjinallığı və memarlıq üslubu ilə Heydər Əliyev parkı bura gələnləri valeh edir.Parkdakı musiqili və rəngli fəvvarənin qeyri adi görnüşü var. Axşamlar buranı seyr edən hər kəs özünü nağıllar aləmində seyr edir. Ulu öndər Heydər Əliyevin heykəli və eyni zamanda yerə döşənmiş qiymətli mərmərlər parkdakı Heydər Əliyev Mərkəzi və Gənclər Mərkəzi bir-birini tamamlayır və möhtəşəm görüntü yaradır.

Füzuli rayon Gənclər Mərkəzi

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün respublikamızın hər bir bölgəsində olduğu kimi Füzulidə də uğurla həyata keçirilir. Rayonda gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün yaradılan Gənclər Mərkəzi buna bariz nümunədir. 2 mərtəbədən ibarət olan binada, gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün hər cür şərait yaradılmışdı. Bolinq zalı gənclərin, eləcədə rayon sakinlərinin ən sevimli əyləncə yeridir. Füzulilər üçün sevindirici haldır ki, Gənclər Mərkəzinin də ilk ziarətini və açılışını 15 dekabr 2012-ci ildə cənab prezident İlham Əliyev etmişdir. Bu da Füzuli gənclərinə ölkə başçısının diqqət və qayğısıdır.