Respublikamızın hər bir guşəsində olduğu kimi Ümummilli lider, Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə hörmət əlaməti olaraq Füzüli rayonunda da Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Mərkəzin təməli 2011-ci ilin avqustunda qoyulmuşdur. Bizim üçün sevindirici haldır ki, mərkəzimizin ilk ziyarətini 15 dekabr 2012-ci ildə Möhtərəm prezidentimiz cənab İlham Əliyev şəxsən özü etmişdir. İlk xeyir-duasını da cənab Prezidentimiz özü vermişdir.

Mərkəzin əsas məqsədi və vəzifəsi xalqımızın ümummilli lideri müstəqil Azərbaycan respublikasının memarı qurucusu Heydər Əlirza oğlu Əliyevin siyasi irsini, həyat və fəaliyyətini öyrənmək gələcək nəsillərə aşılamaq, şah əsəri olduğu Azərbaycan xalqı və dövləti üçün tükənməz dövlətçilik ənənələrini yaşatmaq inkişaf etdirmək və cəmiyyətimizin bütün sahələrində tətbiq olunmasında dəstək verməkdir. Mərkəzimizdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin və mənalı həyatının, fəaliyyətinin, tutuğu bir-birindən uca vəzifələrdə Azərbaycan dövlətinin və xalqının rifahı namiə misilsiz fədakarlıqlarını özündə əks elətdirən muzey fəaliyyət gösdərir.

I Bölmə

Ulu öndərin ailə şəkilləri,uşaqlıq və gənclikm dövrünü əks etdirən fotoşəkillər nümayiş olunur.

Muzeydə ulu öndər Hedər Əliyevin həyat və fəaliyyətinə dair tarixi sənədlərə geniş yer verilmişdir. Burada Ümummilli Liderin Həyatının uşaqlıq, gənclik və tələbəlik, həmçinin DTK-də, Azərbaycan SSRİ-nin MK-nin birinci katibi, SSRİ nazirlər soveti sədirinin birinci müavini və Naxçıvan Ali Sovetinin sədri, 1993-2003 –cü illərdə müstəqil Azərbaycan Respublikasının prezidenti kimi işlədiyi dövürlərə aid müxtəlif fotolar maraqla qarşılanır. Eyni zamanda mərkəzdə Ulu öndərlə bağlı kitablar, sənədlər və digər maraqlı eksponadlar sərgilənir. Muzeyin əsas fond eksponatlarının sayı 400 ədəddir.

II və III Bölmə

Ulu öndərin DTK orqanlarında, Azərbaycan SSRİ Mərkəzi komitəsinin sədri, SSRİ Nazirlər soveti sədrinin birinci müavini və Naxçıvan Ali Sovetinin sədri işlədiyi dövrlərini əks etdirən fotoşəkillər nümayiş olunur.

IV Bölmə

Heydər Əliyevin 1993 - 2003 - cü illərdə Müstəqil Azərbaycan Respublikasının prezidenti olduğu dövürləri əks etdirən fotoşəkillər nümayiş olunur.

V Bölmə

Azərbaycan SSRİ Mərkəzi komitəsinin rəhbəri olduğu zaman 1976-1982-ci illərdə Füzuli rayonuna etdiyi tarixi səfərləri və 1998- ci ildə Füzuli rayonundan olan məcburi köçkünlərlə görüşlərini əks etdirən fotoşəkillər nümayiş olunur.

Heydər Əliyevin xalqımız və dövlətimiz üçün əvəzsiz xidmətlərindən bəhz edən ekspozisiya zalı 5 fotostendə 126 foto şəkil, 4 kitab vitrinində 30 və 2 sənət vitrinində 14 sənəd və 1 büstdən ibarətdir. Muzeydə Dahi şəxsiyyət Heydər Əliyevin Füzuli rayonuna 1976-1982-ci illərdə etdiyi işgüzar səfərlərini əks elətdirən fotostend, muzeyə gələn qonaqlar eləcədə rayon sakinləri tərəfindən çox böyük maraqla qarşılanır. Muzeyin İlham Əliyevin irsini öyrənən manitor zal bölməsində prezident İlham Əliyevin son dövürlərdə Füzuli rayonuna etdiyi səfərlərin fotoları yerləşir.

İlham Əliyevin irsini öyrənən manitor zal.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Füzuli rayonuna tarixi səfərlərini əks etdirən fotoşəkillər nümayiş olunur.