Heydər Əliyev və Füzuli

Ümummilli lider Heydər Əliyevin Respubilkamıza birinci rəhbərliyi dönəmində, yəni ötən əsrin 70-80 –ci illərində Füzuli rayonunda böyük inkisaf yolu keçmiş, tərəqqi etmiş, sənaye və müasir kənd təsərrüfatı rayonuna çevrilmişdir. Rəhbərliyi dövründə Ulu öndər iki dəfə doğma Füzulimizə işgüzar səfər etmişdir.

1976-ci il Heydər Əliyevin Füzuli rayonuna ilk səfəri, məqsəd rayonda kənd təsərrüfatının əsas sahələrinin olan üzümçülük, taxılçılıq, ipəkçilik və heyvandarlığın daha da iknişaf etdirilməsinə köməklik göstərmək yeni-yeni kənd təsərrüfat mallarının ixracını artırmaq idi. Bu dövürdə rayonda 15 kolxoz və 26 sovxoz var idi. Araz çayı üzərində Köndələn su anbarının tikilməsinin də təşəbüskarı məhz Ulu öndər Heydər Əliyevin olmuşdur. Bu su anbarı rayonun gələcək fəaliyyətində suvarma suyu kimi istifadə olunmasında böyük əhməyyətə malik olacaqdı.

1982–ci il Ulu öndər yenidən Qarabağ torpağında Füzuli rayonuna səfər etmişdirş. Bu səfər daha şaxəli və olduqca əhmiyyətli idi. 80-ci illərdə Füzuli rayonunda pambıqçılığa geniş yer verilmişdi, yaxın regionda ən böyük Pambıq Tədarüku zavodu da məhz Füzulidə fəliyyət göstərirdi. Daha sonralar Ulu Öndərin təşəbbüsü ilə bizim rayonda üzümçülük daha çox inkişaf etdirildi. Yeni-yeni üzüm bağları salındı. Rayonda 17.4 min hektarda üzüm bağları salınmışdı. Üzümçülükdə ən yüksək məsuldarlıqda məhz Heydər Əliyevin rəhbərliyi dövründə yığılmışdır. Ümummilli liderin rayonumuza hər səfəri xatirələrdə uzun müddət silməz izlər buraxmışdı. Füzuli rayonunda gözəl göz oxşayan Mədəniyyət sarayının açılışınıda məhz Heydər Əliyev etmişdir. Bu Mədəniyyət ocağı rayon sakinləri üçün böyük tövhə oldu. Ulu öndər Füzuliyə hər gəlişi zamanı sosalis əməyi qəhramanları ilə görüşər, zəhmətkeşlərin qayğıları ilə maraqlanardı.

Heydər Əliyevin Füzulilər üçün ən böyük tövhəsi Horadiz əməliyyatı oldu...

Belə ki, 23 avqust 1993-cü il Füzuli rayonu Ermənistan ordusu tərəfindən işğal olundu. Rayonun sahəsi 1386 kvadrat km əhalisi isə işğaldan əvvəl 105 min nəfər idi, İşğaldan əvvəl rayonda 1 şəhər, 1 qəsəbə, 78 kənd vardı. Xalqın tələbi ilə Ulu öndərin hakimiyyətə qaydışı Füzulilərin taleyində həlledici rol oynadı, rayon tamamilə işğal olunmaq təhlükəsi altında idi.Lakin dahi rəhbərin qətiyyəti və inamı ilə Azərbaycan ordusunun həmin ilin dekabr ayında başladığı əməliyyatı nəticəsində işağal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli olan Horadiz qəsəbəsi işğaldan azad edildi. Müharibənin o ağır günlərində Füzulilər Ulu öndərin diqqət və qayğısını daim hiss edir və görürdülər...

1998-1999-cu illərdə Heydər Əliyev Saatlı, Sabirabad və Biləsuvar rayonu ərazisində məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünlərlə görüşüb onların həyat şəraiti ilə yaxından tanış olması bunun əyani sübuti idi. Xüsusi ilə onu qeyd edək ki, qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılşdırılması siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Əsası Ulu öndər tərəfindən qoyulan bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir...