Füzuli rayon Heydər Əliyev Mərkəzində mütəmadi olaraq sərgilər təşkil olunur. Sərgi Mərkəzin foyesində nümayiş olunur. Rayon sakinlərinin, eləcə də mərkəzin qonaqlarının böyük marağına səbəb olur. Sərgilərdə, əsasən, Mərkəzin fondunda olan şəkillərdən, kitabxanadan olan yeni-yeni kitablardan və əl işlərindən istifadə olunur.

27 aprel 2019-cu il tarixində Heydər Əliyev Mərkəzinin foyesində görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 96- ci ildönümü ilə əlaqədar sərgi təşkil olundu. Sərgiyə gələn qonaqlar gözəl ana, vəfalı ömür gün yoldaşı, ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyevanın həyatı, elmivə yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış oldular. Sərgidə rayon məktəbliləri və məktəbə qədər müəssisələr yaxından iştirak etdilər.

10 may Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibəti ilə Heydər Əliyev Mərkəzinin kollekitivi, Heydər parkında Ümümmilli liderin həyat və fəaliyyəti barədə müxtəlif dövrlərdə nəşr olunmuş kitablardan və müxtəlif dövrlərdə əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olundu.