Heydər Əliyev Dünya azərbaycanlılarının təşkilatlanması sahəsində uğurlu addımlar

 Heydər Əliyev Dünya azərbaycanlılarının təşkilatlanması sahəsində uğurlu addımlar

Füzuli rayon Heydər Əliyev Mərkəzi də “ Heydər Əliyev Dünya azərbaycanlılarının təşkilatlanması sahəsində uğurlu addımlar” mövzusunda tədbir keçirildi.

06.02.2020-ci il tarixində saat 15:00 -da Füzuli RİH-nin, FTŞ-nin və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “ Gənc nəslə Ulu Öndər Heydər Əliyevin həyatının və siyasi irsinin öyrədilməsi” məqsədi ilə növbəti tədbir “Heydər Əliyev Dünya azərbaycanlılarının təşkilatlanması sahəsində uğurlu addımlar” mövzusunda oldu.

İlk öncə tədbir iştirakçıları Mərkəzlə yaxından tanış oldular, muzeyə, tarix otağına, elektron kitabxanaya ,manitor zallarına baxdılar maraqlı ekskursiya təşkil olundu. Daha sonra Mərkəzin kiçik konfrans zalında məktəlilərlə təbliğat xaraterli görüş keçirildi, məruzələr oxundu, vidyo çarx nümayiş olundu.

Çıxış edənlər: Müstəqil Azərbaycan Dövlətinin tarixində ilk dəfə keçirilən Dünya azərbaycanlılarının I qurultayından böyük qurur hissi ilə söhbət açdılar. Məhz bu qurultay 2001-ci il 9-10 noyabr tarixində Ümümmilli lider Heydər Əliyevin sərəncamı ilə keçirilmişdir. Bu qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etmiş, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlağıcını qoymuşdur. Qurultay müxtəlif ölkələrdə azərbaycanlı icmaların mütəşəkiilliyi və fəallığının artırılmasına ciddi təsir göstərmişdir. Həmin qurultayda Ulu öndərin böyük iftixarla söylədiyi "Hər bir millətin milli mənsubiyyəti onun qurur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm mən azərbaycanlıyam" kəlamı dillər əzbəri oldu. Ulu öndər Heydər Əliyev hər zaman xarici ölkələrə səfəri zamanı iş qrafikinin zənginliyinə və gərginliyinə baxmayaraq mütləq həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmış, tövsiyələr vermişdir.

Ümummili liderimizin ideya və prinsiplərinə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev də Ulu öndərin bu siyasətini uğurla davam etdirir. Dövlətimizin başçısının Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada dünya ictimayyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşında duran vəzifələri müzakirə etmək məqsədi ilə 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq həmin il martın 16-da Bakıda Dünya azərbaycanlılarının II qurultayı keçirilmiçdir. Bu möhtəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuşdur.

Tədbirdə 62 nəfər iştirak etdi.