Füzuli rayon Heydər Əliyev Mərkəzində Gənclərlə növbəti görüş

Füzuli rayon Heydər Əliyev Mərkəzində Gənclərlə növbəti görüş

Füzuli rayon Heydər Əliyev Mərkəzində “ Heydər Əliyev Gənclər və İdman siyasəti” mövzusunda tədbir keçirildi.

23 yanvar 2020-ci il tarixində Füzuli rayon İcra Hakimiyyəti, rayon Təhsil şöbəsi və Heydər Əliyev Mərkəzinin təşkilatçiliğı ilə Mərkəzində rayonun fəal gəncləri və Kərimbəyli və Aşağı Yağlıvənd kənd məktəbinin yuxarı sinif şagirdləri ilə “Heydər Əliyev Gənclər və İdman siyasəti “ mövzusunda tədbir keçirildi.

Tədbir iştirakçıları ilk öncə Mərkəzlə yaxından tanış oldular. Ulu öndərin Həyat və Fəaliyyəti haqqında Gənclərə geniş və hər tərəfli məlumat verən Mərkəzin bələdçisi qeyd etdi ki, Ümümmilli lider Heydər Əliyev demişdi: “ Bizim bu günki gənclərimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir millətini sevən onu düşünən lazim gəldikdə öz xalqına və dövlətinə naminə əlinən gələn xidməti əsirgəmiyən gənclikdir. Gənclər ölkəmizin gələcəyidir, gələcəyimiz ehtibarlı əllərdədir Mən buna inanıram”. Füzuli gəncləridə daim öz fəaliyyıti ilə hər zaman dövlət və dövlətçiliyimizi dəsdəkləyib Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq olublar. Mərkəzin kiçik konfras zalında mövzu əhatə edən geniş məruzələr oxundu, ətraflı müzakirələr aparıldı.

Çıxış edən məktbin tarix müəllimləri qeyd etdilər ki, Azərbaycanın tərəqqisində, onun iqdisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq. Məhz Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sahəsində o zamanlar Sovet İttifaqının 50-dən artiq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək ayrı -ayrı sahəsini əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncinin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaratmışdır. Azərbaycan gənclərinin I forumunda bu barədə danışan Ulu öndər demişdi: “ Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni –yeni mütəxəsislərin hazırlamaq məqsədi daşıyırdı.” Ona görə

də Ulu öndər Hər zaman Azərbaycan gənclərinin gələcəyinə inanırdı.

Sonda Ulu öndər Heydər Əliyevin Gənclər və İdman siyasətini əks etdirən vidyo çarx nümaiş olundu.