Füzuli rayon Heydər Əliyev Mərkəzində Yeni il şənliyi

Füzuli rayon Heydər Əliyev Mərkəzində Yeni il şənliyi

Füzuli rayon Heydər Əliyev Mərkəzində 27 dekabr 2019-cu il tarixində 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə" Qış sevincləri" adlı bayram şənliyi keçirildi. Şənlikdə Mərkəzin əməkdaşlarının və rayonun Horadiz şəhər körpələr evi uşaq bağçasının balaca fidanları iştirak etdilər. Uşaqlar Şaxda baba və qar qızla birlikdə maraqlı viktarinalar, oyunlar keçirdilər, rəqs etdilər. Sonda Mərkəzin əməkdaşları tərəfindən təşkil olunmuş yeni il hədiyyələri uşaqlara təqdim olundu. Uşaqlar dünyanın sevincidilər onların çöhrəsinə sevinc bəxş etmək bizlərin borcudur. Bayramınız mübarək.