Füzuli rayon Heydər Əliyev Mərkəzində "Milli iftixarımız - şanlı Bayrağımız" adlı tədbir

Füzuli rayon Heydər Əliyev Mərkəzində "Milli iftixarımız - şanlı Bayrağımız" adlı tədbir

08 Noyabr 2019 - cu il tarixdə saat 15:00-da Füzuli rayon Heydər Əliyev Mərkəzində 9 Noyabr Dövlət Bayrağı gününə həsr edilmiş "Milli iftixarımız - şanlı Bayrağımız" adlı tədbir keçrildi.

Tədbirdə Horadiz şəhər №1 körpələr evi uşaq bağçasının və Əhmədalılar kənd körpələr evi uşaq bağçasının balaca fidanları iştirak etdilər. Şanlı Bayrağımızın yaradılma tarixi haqqında geniş məlumat verildi. Daha sonra Əhmədalılar kənd körpələr evi uşaq bağçasının balaca fidanlarının ifasında Bayraq rəksi tamaşa edildi, gözəl şerlər dinlənildi. Sonda Mərkəzin konfrans zalında uşaqlara Bayraq günü ilə əlaqədar məruzələr oxundu, Şanlı Bayrağımızın Şərəfli tarixindən bəhs edən "Milli iftixarımız - şanlı Bayrağımız" adlı video çarx izlənildi. Tədbirimizdə fəal iştirak etdiyinə görə sonda bağçalara Mərkəzin Fəxri fərmanları təqdim edildi.