Füzuli rayon Heydər Əliyev Mərkəzində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçirildi

Füzuli rayon Heydər Əliyev Mərkəzində  1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçirildi

Füzuli rayon Heydər Əliyev Mərkəzində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü

01 iyun 2019

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Füzuli Rayon İcra hakimiyyəti, Təhsil şöbəsi, Mədəniyyət mərkəzi və Heydər Əliyev Mərkəzinin kollektivləri rayon Heydər Əliyev Mərkəzinin böyük zalında “Uşaqlar bizim gələcəyimizdir” adlı geniş tədbir keçirdilər. Tədbirdən rayonun məktəbliləri, məktəbə qədər tərbiyə müəssisələri və uşaq bağçası körpələr evinin körpə fidanları öz bilik və bacarıqlarını, əl işlərini nümayiş etdirdilər. Tədbirə dəvət alan qonaqlar uşaqların ifasında gözəl mahnılar, şeirlər dinlədilər, bir- birindən maraqlı rəqs nömrələrinə tamaşa etdilər. Uşaqlar bizim gələcəyimizdir onları qorumaq müdafiyə etmək bir gün yox ilin hər günü biz böyüklərin ən əsas vəzifə borcumuzdur. Hər bir uşaq hər zaman sevildiyini hiss etməli və görməlidir. Gəlin gözəl gələcəyimiz olan uşaqları hər zaman hər yerdə sevək və qoruyaq.