Mərkəz haqqında məlumat

Füzuli Heydər Əliyev Mərkəzi 2008-ci ildən Muzey kimi öz fəliyyətinə başlamışdı. 2012-ci ilin əvvəlindən Mərkəz statusu almış və həmin ilin dekabr 15-də yeni binaya köçürülmüşdü. Məkəz Şərq memarlıq üslubunda tikilmişdir. Mərkəzimiz rayonumuzda ən gözəl tikililər sırasında ön sıralarda yer alır. Mərkəzin ümümi sahəsi 1600 km-dir bina bir mərtəbəlidi.

Mərkəzi fəliyyət baxımından iki istiqamətə ayırmaq olar. Birincisi ekspozisiya bölməsi, ikincisi təlim, tərbiyə və kütləvi tədbirlər bölməsi. Füzuli rayon Heydər Əliyev Mərkəzi ulu öndərin şərəfli ömür yolunu onun çox şaxəli fəaliyyətini dolğun və düzgün bir şəkildə gənc nəsillərə çatdırmaq məqsədi ilə yaradılmışdır. Ümummilli liderin əziz xatirəsini əbədiləşdirlməsi baxımdan böyük əhəmiyyətə malik olan bu mərkəzdə, ulu öndərin həyatının və fəaliyyətinin ardıcıl dolğun şəkildə əks etdirən materiallar, şəkillər, tarixi sənədlər, eksponatlar o cümlədən müxtəlif illərdə Füzuliyə səfərləri ilə bağın fotolar nümayiş etdirilir

Burada komputerlər və digər ən müasir avadanlıqla təchiz olunmuş iş otaqları, 42 nəfərlik kiçik konfras zalı, 342 nəfərlik böyük konfras zalı, komputer kursu otağı, Azərbaycanın əzəli torpaqlarınin zəngin tarixini dərindən öyrənmək üçün Azərbaycan tarixi (lazer görüntülü) kursu otağı fəaliyyət görstərir, eyni zamanda Ulu öndərin ömrünün hər səhifəsini özündə əks elətdirən zəngin elektiron kitaxana, Heydər Əliyev irsini öyrənən manitor zal, rəsm qaleriyası, fotostudiya gələn qonaqlar tərəfidən çox böyük maraqla izlənilir. Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərən Mərkəzin cəlbedici və maraq doğuran bölümü Heydər Əliyev Muzeyidir. Muzeydə ümumilikdə 400 ədəd eksponat vardır.

Mərkəzdə 20 nəfərdən ibarət tədqiqat qrupu, 15 nəfərdən ibarət təşviqat qrupu fəaliyyət göstərir. Tədqiqat qrupu Heydər Əliyev haqqında materialların və məlumatların toplanmasında mərkəzin fəaliyyətinə yaxından kömək edir. Təşviqat qrupu isə vaxtaşırı olaraq ayrı-ayrı idarə, müəssisələrdə, uzaq kəndlərdə prezident İlham Əliyevin xaricə səfərləri, çıxışları, fərman və sərəncamları, dövlətin yürütdüyü daxili və xarici siyasət, həmçinin rayonumuzda gedən quruculuq və abadlıq işləri haqqında məlumat verir, seçkilər dövründə əhali arasında təşviqat işlərində yaxından iştirak edərək seçki kompaniyasının müvəffəqiyyətli keçirilməsində öz xidmətlərini göstərir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirinin əmri ilə Füzuli rayon rayon MKS- nin Horadiz şəhər 2 № li filialı 2017-cı ildə Horadiz şəhər Heydər Əliyev Mərkəzinə köçürülmüşdür ki ,bu da gənclərin mərkəzlə əlaqəsinə və oxuculara daha səmərəli xidmət göstərməkdə öz müsbət nəticəsini göstərmişdir.

Eyni zamanda Mərkəzimizdə Azərbaycan Respubilkası Kiçik və Orta Biznesin İnkişaf Agentliyi Füzuli KOB dostu fəaliyyət gösdərir.