Muzey

Daşkəsən Rayon Heydər Əliyev Mərkəzi nəzdində fəaliyyət göstərən Heydər Əliyev Muzeyi 2006-cı ildə təşkil olunmuşdur. Muzeydə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən cəmi 161 ədəd fotoşəkil, 30 ədəd Ulu Öndərin fəaliyyət dövrü üçün mühüm əhəmiyyət kəsb edən sənəd nüsxələri, Ulu Öndərin həyat və fəaliyyət dövrünə həsr olunmuş kitablar və film diskləri mövcuddur. Ekspozisiya zalında gözəl tərtibatlı 16 stend mövcuddur. Stendlərdə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotoşəkil sərgisi var. Stendlərin hər birində Ulu Öndərin müdrik kəlamları öz əksini tapmışdır. Stendlər illər üzrə xronoloji ardıcıllıqla sərgilənir. Stendlərdə Dahi şəxsiyyətin ailəsi, təhlükəsizlik orqanlarındakı fəaliyyət dövrü, Ulu Öndərin ölkəmizdə hər iki rəhbərliyi dövründə ölkə iqtisadiyyatının, mədəniyyətinin, təhsilinin, eləcə də kənd təsərrüfatının və neft sektorunun inkişafı sahəsində gördüyü işlər haqqında fotoşəkillər öz əksini tapmışdır. Muzeyin əsas məqsədi Ulu Öndərin şərəfli ömür yolu, çoxşaxəli siyasəti, azərbaycançılıq ideyaları və Milli Müstəqil Azərbaycan Respublikasının yaradılması yollarında gördüyü işlərin, apardığı siyasətin gənc nəslə çatdırılmasından ibarətdir.

Muzeydə Daşkəsənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolu, Ölkə Prezidenti Cənab İlham Əliyevin Daşkəsən rayonuna səfərindən bəhs edən fotostend də sərgilənir.