Heydər Əliyev və Daşkəsən

1980-ci ilin may ayında, Azərbaycanda quruculuq işləri ilə bağlı, Azərbaycan Sovet Hakimiyyətinin 60 illiyinə həsr olunmuş sərgi keçirilmişdir. Həmin sərgidə Daşkəsən şəhər Filizsaflaşdırma kombinatının guşəsi təşkil olunmuşdur. Ulu Öndər həmin sərgidə iştirak etmiş və Daşkəsən rayonundan olan məhsullarla tanış olmuşdur. Sərgidə Heydər Əliyevlə birlikdə Filizsaflaşdırma kombinatının həmin dövrdə direktoru olmuş Uğur Həsənov, eləcə də Şevardnadze, Rəşidov, Maserova və digər siyasi büro üzvləri də iştirak etmişdir.

1985-ci ildə Moskva şəhərində keçirilən qurultayda Daşkəsənli xanım Nazənin Məmmədova iştirak etmişdir. Ulu Öndər Heydər Əliyev qurultay nümayəndələri ilə birlikdə.

Ulu Öndər Heydər Əliyev Respublika Hərbi Təyyarəçilər məktəbinin ilk buraxılış mərasimində iştirak etmiş və Daşkəsən rayon sakini Vəliyev Zaur İmdad oğluna diplomu şəxsən təqdim etmişdir. Bakı, 15 oktyabr 1997-ci il.