Daşkəsəndə Prokurorluq işçilərin peşə bayramı qeyd olunub

Daşkəsəndə Prokurorluq işçilərin peşə bayramı qeyd olunub

01 oktyabr 2019-cu il tarixində Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən Rayon Prokurorluğu ilə birgə prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 101-ci ildönümü münasibətilə tədbir keçirib.
Tədbirdən öncə rayon rəhbərliyi və tədbir iştirakçıları rayon mərkəzində ucaldılmış xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini yad ediblər.
Sonra bayram tədbiri Heydər Əliyev Mərkəzində davam edib. Tədbir iştirakçıları Daşkəsən Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçiriblər.
Tədbir Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin giriş nitqi ilə başladı.
“Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin təşkilati işlər üzrə məsul əməkdaşı Fazili Əşrəf Birliyin yaradılmasının 25 illiyi münasibətilə təsis edilmiş yubiley medalını Daşkəsən rayon prokuroru Maarif Hüseynova təqdim edib.
Daşkəsən Rayon Prokurorluğunun əməkdaşları Nəzirə Məmmədova və İlkin Musayev isə səmərəli fəaliyyətlərinə görə Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunublar.
Tədbirin sonunda xatirə şəkli çəkilib.