Kurslar
Daşkəsən rayon Heydər Əliyev Mərkəzində rəqs, rəsm, komputer və ingilis dili kursları fəaliyyət göstərir. Kurslar müəyyən fasilələrlə 3 və 6 ay müddətinə təşkil olunur.
Məktəblilərin yay tətili günlərində, əsasən, rəqs və rəsm kursları keçirilir.
Rəqs kursu
Mərkəzdə keçirilən rəqs kursu 6 ay müddətində təşkil olunur və kurs aprel ayından sentyabr ayınadək davam edir. Kurs həftədə 2 dəfə olmaqla, həftənin I-V günləri keçirilir. Kursda məktəbli şagirdlər iştirak edir. Kursun rəhbəri Mərkəzin fond mühafizi İlahə Cəlilovadır.
Komputer kursu
Mərkəzdə keçirilən komputer kursu oktyabr ayından aprel ayınadək, həftədə 2 dəfə olmaqla, həftənin II-IV günləri təşkil olunur. Kursda məktəblilər və rayon sakinləri iştirak edir. Kursun rəhbəri Mərkəzin fond mühafizi İlahə Cəlilovadır.
Rəsm kursu
Mərkəzdə keçirilən rəsm kursu müəyyən fasilələrlə 3 ay müddətinə təşkil olunur və həftənin III günü bir gün olmaqla keçirlir. Kursun rəhbəri Səbinə Məhərrəmovadır. Kursda çəkilən şəkillər mərkəzin tədbirlərində sərgilənir.
İngilis dili kursu
Mərkəzdə təşkil olunan İngilis dili kursu sentyabr ayından may ayınadək, həftənin 3 günü olmaqla, I-III-V günləri keçirilir. Kursda məktəblilər iştirak edir. Kursun rəhbəri Mərkəzin direktoru Nailə Məmmədovadır.