Ermənistan təcavüzünün nəticələri

Qarabağ şəhidləri. 20 Yanvar qurbanları. Xocalıda həlak olanlar. Bunlar Azərbaycan tarixinin ən faciəvi məqamlarıdır. Bir evdən, bir ocaqdan, bir ailədən qopan oğullar, qızlar, təkcə bir evin, bir ocağın, bir ailənin yox, bir yurdun, məmləkətin şəhid oğullarına döndülər.

İbrahimov Karlen Adıgözəl oğlu - 1961-ci il mart ayının 2-də anadan olub. 1978-ci ildə S.Vurğun adına orta məktəbi bitirmiş, 1979-1981-ci illərdə Əfqanıstan torpağında hərbi xidmətdə olub. 1993-cü ildə könüllü olaraq Milli Ordu sıralarına yollanıb, 1994-cü il yanvarın 2-də Kəlbəcərin Yanşaq kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Evli idi. Rübabə adlı bir qızı qalıb.

Əsgərov Sadıq İsaq oğlu - 1965-ci ilin yanvar ayının 24-də Daşkəsən rayonunun Mollahəsənli kəndində anadan olub. 1983-1985 –ci illərdə sovet ordusu sıralarında xidmət edib. 1986-cı ildə Leninqrad hərbi dairəsində gizirlər məktəbini bitirib. Həmin ildən 1989-cu ilə kimi 423 saylı hərbi hissədə bölük komandiri və hərbi avtomobil mufəttişliyində xidmət edib.1992-ci ildə könüllü olaraq döyüş bölgəsinə yollanıb. Goranboy, Çaykənd əməliyyatında, Sarısu və Şınıx bölgəsi uğrunda gedən bütün döyüşlərdə iştirak edib. 1993-cü il yanvar ayının 13-də Sarıyal uğrunda gedən döyüşlərin birində şəhid olub. Rauf və Jalə adlı iki uşağı qalır.

Mürsəlov Anar Faiq oğlu - 1975-ci il sentyabrın 7-də anadan olub. 1972-ci ildə A.S.Puşkin adına orta məktəbi bitirib. 1994-cü il yanvarın 15-də hərbi xidmətə yollanıb. 1994-cü il aprelin 24-də Şomalanlı kəndi uğrunda gedən döyüşlərin birində şəhid olub. Subay idi. Hazırda oxuduğu orta məktəb onun adını daşıyır.

Məhərrəmov Mehman İsaq oğlu - 1956-cı ildə Amasiya rayonunun Əzizbəyov kəndində anadan olub. Orta məktəbi həmin kəndə bitirib və iki illik hərbi xidmətini başa vurduqdan sonra vətəni Azərbaycana qayıdıb. 1990-cı ildə vətənimizi erməni işğallarından qorumaq üçün könüllü olaraq Milli Ordu sıralarına gedib. 1993-cü il dekabrın 29-da Ağdamın Salahlı kəndi uğrunda gedən döyüşlərin birində şəhid olub. Özündən sonra beş uşağı qalıb.

Qafarov Rövşən Əziz oğlu - 1963-cü ildə Daşkəsən şəhər Alunitdağ qəsəbəsində anadan olub. Orta məktəbi həmin qəsəbədə bitirib. Hərbi xidməti Moskva vilayətində başa vurub. 1992-ci ildə Rövşən könüllü olaraq Milli Ordu sıralarına yollanıb. 1993-cü il dekabrın 28-də Salahlı uğrunda gedən döyüşlərdə şəhid olub. Hazırda yaşadığı qəsəbədə orta məktəb onun adını daşıyır.

Özündən sonra Turqay adlı oğlu qalıb.

Qurbanov Asif Əli oğlu - 1971-ci il fevral ayının 9-da Daşkəsən şəhərində anadan olub. 1988-ci ildə S.Vurğun adına 4 saylı orta məktəbi bitirib. 1989-1991-ci illərdə hərbi xidmətdə olub. 1992-ci ildə Ordu sıralarına yollanıb. 1993-cü il dekabr ayının 29-da Ağdamın Salahlı kəndi uğrunda gedən döyüşlərin birində qəhrəmancasına şəhid olub. Subay idi.

Məmmədov Vahid İslam oğlu - 1974-cü ildə Daşkəsən rayonunda anadan olub. 1991-ci ildə Daşkəsən rayon S.Vurğun adına 4 saylı orta məktəbini bitirib. 1992-ci ilin oktyabrında Milli Ordu sıralarına yollanıb. 1993-cü il yanvarın 28-də Ağdamın Salahlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Evli idi.

Həsənov Natiq Nəsrəddin oğlu - 1973-cü il aprelin 10-da Daşkəsən rayonunun Mədənçilər qəsəbəsində anadan olub. Orta məktəbi həmin qəsəbədə bitirdikdən sonra 1993-cü il oktyabrın 10-da könüllü olaraq Milli Ordu sıralarına yollanıb. 1993-cü il dekabrın 28-də Ağdamın Salahlı kəndi uğrunda gedən döyüşlərin birində şəhid olub. Subay idi.

Vəliyev Məmməd İsrafil oğlu - 1961-ci ildə Gürcüstan Respublikasının Dumanisi rayonunun Başbilik kəndində anadan olub. 1990-cı ildə ailələri ilə birlikdə Azərbaycana köçüblər. 1992-ci ildə könüllü olaraq Milli ordu sıralarına yollanıb. 1993-cü il dekabrın 28-də Ağdamın Salahlı kəndi uğrunda gedən döyüşlərin birində şəhid olub.

Əsgərov Aleksandr Məhəddin oğlu - 1960-cı ildə Amasiya rayonunun Ruzikənd kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Sonra hərbi xidmətə yollanıb. 1980-ci ildə hərbi xidməti başa vurub. Qarabağın azadlıq uğrunda müharibəsinə 1993-cü ilin oktyabrında könüllü olaraq yollanıb. 1993-cü il dekabrın 28-də Ağdamın Salahlı kəndi uğrunda gedən döyüşdə şəhid olub. İki oğlu- Kənan, Kamran və bir qızı Lalə qalıb.

Mustafayev Faiq Musa oğlu - 1967-ci ildə Daşkəsən rayonunun Mollahəsənli kəndində anadan olub. 1984-cü ildə həmin kənddə orta məktəbini bitirib və 1985-1987-ci illərdə hərbi xidmətdə olub. 1993-cü ilin əvvəlində könüllü Milli Ordu sıralarına yollanıb. 1993-cü il yanvarın 28-də Ağdamın Salahlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Evli idi. İki uşağı qalıb.

Mustafayev Mikayıl Murtuzəli oğlu - 1974-cü ildə Amasiya rayonunda anadan olub. 1988-ci ildə erməni təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşüb. 1992-ci il oktyabrın 13-də Milli Ordu sıralarına yollanıb. 1993-cü il fevralın 27-də Ağdam rayonu Canyamaq kəndi uğrunda gedən döyüşlərin birində şəhid olub. Subay idi. Hazırda Daşkəsən rayon Bayan kənd orta məktəbi onun adını daşıyır.

Məmmədov Rafiq İsmayıl oğlu - 1951-ci ildə Daşkəsən rayonunun Mədənçilər qəsəbəsində anadan olub. Orta məktəbi həmin qəsəbədə bitirdikdən sonra 1969-cu ildə hərbi xidmətə yollanıb. 1971-ci ildə hərbi xidməti başa vurduqdan sonra doğma vətənə qayıdıb. Qarabağ hərb meydanına çevriləndə Milli Ordu sıralarına yollanıb. 1994-cü il yanvar ayının 25-də Kəlbəcər uğrunda gedən döyüşlərin birində şəhid olub. Özündən sonra iki oğlu-Abduləli, Elmar və bir qızı- Aygün qalıb.

Həsənov Rasim Ramiz oğlu - 1970-ci ildə Daşkəsən şəhərində anadan olub. 1987-ci ildə Daşkəsən şəhər S.Vurğun adına orta məktəbi bitirib. 1988-1990-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 1992-ci ilin ortalarında könüllü olaraq Azərbaycan Respublikasının Milli Ordu sıralarına yollanıb. 1993-cü ilin avqust ayında Füzuli rayonunun Mahmudlu kəndi ətrafında şəhid olub. Subay idi.

Məsimova Nərgiz Maarif qızı - 1974-cü ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olub. 1991-ci ildə həmin kəndə orta məktəbi bitirib. 1992-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordu sıralarına yollanıb. 1993-cü il fevralın 25-də Ağdərə uğrunda gedən döyüşlərin birində şəhid olub. Subay idi. Hazırda Daşkəsən rayon Tapan kənd orta məktəbi onun adını daşıyır.

Paşayev Vüqar Dilqəm oğlu - 1975-ci il iyun ayının 21-də Daşkəsən rayonunun Mollahəsənli kəndində anadan olub. 1992-ci ildə orta məktəbi elə həmin kənddə bitirdikdən sonra hərbin daha böyük sirlərini öyrənmək arzusu ilə 1992-ci ildə Bakı Ali Komandirlər Məktəbinə daxil olub. 1994-cü il fevralın 18-də Kəlbəcərin müdafiəsi zamanı şəhid olub.

Bağırov Çingiz Fərhad oğlu - 1969-cu ildə Daşkəsən rayonunda anadan olub. Orta məktəbi 1986-cı ildə İ.Nəsimi adına 1 saylı məktəbdə bitirib. 1987-1989-cu illərdə hərbi xidmətdə olub. 1993-cü ildə könüllü orduya gedib. 1994-cü il may ayının 7-də Ağdərə uğrunda gedən döyüşlərin birində şəhid olub. Özündən sonra Osman və Aytən adlı iki övladı qalıb.

Quliyev Şükür Fərman oğlu - 1970-ci ildə Daşkəsən rayonunun Əhmədli kəndində anadan olub. 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yollanıb. 28.01.1993-cü il tarixdə Füzuli rayonunun Peykanlı yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. Evli idi. Emin adlı bir uşağı yadigar qalıb.

Qurbanov Rövşən İkram oğlu - 1964-cü ildə Daşkəsən rayonunun Əhmədli kəndində anadan olub. 1992-ci il dekabrın 3-də könüllü olaraq Milli Ordu sıralarına gedib. 1993-cü ilin yanvarında Ağdamın Fərrux dağı uğrunda gedən döyüşlərin birində şəhid olub. Evli idi. Günel adlı bir qızı qalıb.

Cəfərov Arzu Qələndər oğlu - 1967-ci il aprelin 1-də Daşkəsən rayonunun Qaratağlar kəndində anadan olub. 1984-cü ildə orta məktəbi bitirib. 1985-1987-ci illərdə hərbi xidmətdə olub. 1992-ci ilin oktyabrında Milli Ordu sıralarına gedib. 1993-cü il yanvarın 22-də Fərrux dağı uğrunda gedən döyüşlərin birində şəhid olub. Evli idi. Zaur və Yadigar adlı iki uşağı yadigar qalıb.

Abdullayev Azər İldırım oğlu - 1969-cu il sentyabrın 20-də Daşkəsən rayonununda anadan olub. 1986-cı ildə İ.Nəsimi adına orta məktəbi bitirib. 1987-1989-cu illərdə hərbi xidmətdə olub. 1991-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yollanıb. Tərtər, Ağdərə, Ağdam, Kəlbəcər döyüşlərində iştirak edib. 1992-ci il avqust ayında şəhid olub.

Vəliyev Zülfi Yaqub oğlu - 1966-cı il fevralın ayının 4-də Daşkəsən şəhərin də anadan olub. Orta təhsilini S.Vurğun adına 4 saylı orta məktəbdə bitirib. 1987-1986-cı illərdə hərbi xidmətdə olub. 1993-cü il fevralın 27-də Milli Ordu sıralarına gedib. 1993-cü il martın 28-də döyüşlərin birində şəhid olub. Özündən sonra Gülüm və Aytən adlı iki qızı qalıb.

Hüseynov Rafiq Qabil oğlu - 1969-cu ildə Daşkəsən rayonunda anadan olub. 1992-ci ilin oktyabr ayında Milli Ordu sıralarına gedib. 1993-cü il aprelin 30-da Füzuli rayonunun Yağlıvənd kəndi uğrunda gedən döyüşlərin birində şəhid olub. Evli olub. Özündən sonra iki uşağı yadigar qalıb.

Ələkbərov Sabir Xəlil oğlu - 1967-ci ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olub. 1984-cü ildə orta məktəbi bitirib. 1985-1987-ci illərdə hərbi xidmətdə olub. 1993-cü il fevralın 12-də könüllü olaraq Milli Ordu sıralarına yollanıb. 1993-cü il fevralın 26-da Ağdərə uğrunda gedən döyüşlərin birində şəhid olub. Evli idi. Xudavər və Maral adlı iki övladı qalıb.

Bağırov Zahir Cəfər oğlu - 1975-ci ildə Daşkəsən rayonunda anadan olub. 1992-ci ildə Daşkəsən rayon İ.Nəsimi adına orta məktəbi bitirib. 1993-cü il may ayının 22-də Ordu sıralarına yollanıb. 1995-ci il may ayının 25-də Kəlbəcər və Zivlən istiqamətində ermənilərin atəşkəsi pozaraq qəfl hücumu zamanı şəhid olub. Subay idi. Hazırda Daşkəsən qəsəbə orta məktəbi onun adını daşıyır.

İmanov Əfqan Nazim oğlu - 1967-ci ildə Daşkəsən şəhərində anadan olub. 1985-ci ildə Daşkəsən rayon S.Vurğun adına orta məktəbi bitirib. 1992-ci ilin axırlarında Ordu sıralarına yollanıb. 1995-ci il oktyabrın 5-də Goranboy, Gülüstan kəndi uğrunda gedən döyüşlərin birində şəhid olub.

Ələsgərov Fərhad Məhəmməd oğlu - 1975-ci il sentyabrın 25-də Krasnoselski rayonunun Toxulça kəndində anadan olub. 1988-ci ilin dekabrında erməni təcavüzü nəticəsində didərgin düşüb. 1993-cü ilin oktyabrın 8-də Milli Ordu sıralarına yollanıb. 1995-ci il oktyabrın 18-də Füzuli rayonunun Alaxanlı kəndində şəhid olub.

İsmayılov Əli Əhməd oğlu - 1974-cü il aprelin 12-də Krasnoselo rayonunun Cil kəndində anadan olub. 1988-ci ilin dekabrında erməni obasından didərgin salınıb. 1992-ci ilin mayın 20-də Milli Ordu sıralına yollanıb. 1993-cü il 21 dekabr tarixində Füzuli rayonunun Balabəhmənli kəndi uğrunda gedən döyüşlərin birində şəhid olub. Hazırda Quşçu kənd orta məktəbi onun adını daşıyır.

Məmmədov Hikmət Həmil oğlu - 1970-ci ildə Daşkəsən rayonunun Müşavaq kəndində anadan olub. 1992-ci ilin ortalarında Milli Ordu sıralarına yollanıb. 1993-cü il yanvar ayının 18-də Ağdərənin Dovşanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

Rüstəmov Azər Adil oğlu - 1971-ci ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirdikdən sonra hərbi xidmətə gedib. 1991-ci ildə hərbi xidməti başa vurub. 1993-cü ilin 1 iyununda Qabaqtəpə döyüşlərinə yollanıb. 1993-cü il sentyabrın 21-də Mutudərə uğrunda gedən döyüşdə şəhid olub. Hazırda təhsil aldığı Qabaqtəpə kənd orta məktəbi onun adını daşıyır.

Əliyev Eldəniz Sabir oğlu - 1973-cü il fevralın 2-də Daşkəsən şəhərində anadan olub. Orta məktəbi 1990-cı ildə Daşkəsən şəhər S.Vurğun adına 4 saylı orta məktəbdə bitirib. 1991-ci il fevralın 15-də Ordu Sıralarına yollanıb. 1994-cü il yanvarın 27-də şəhid olub.

Abbasov Mikayıl Rza oğlu - 1968-ci ildə Daşkəsən şəhərində anadan olub. Orta təhsilini A.S.Puşkin adına orta məktəbdə alıb. 1988-1989-cu illərdə Uzaq Şərqdə hərbi xidmətdə olub. 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yollanıb. 1992-ci ilin iyunun 13-də Qazaxda döyüş mövqeyindən dönərkən avtomobil qəzası zamanı şəhid olub.

İsgəndərov Xaliq Hüseyn oğlu - 1970-ci ildə Göyçə mahalının Dərəlyəzi kəndində anadan olub. 1987-ci ildə həmin kənddə orta məktəbi bitirib. 1988-1990-cı ildə hərbi xidmətdə olub. Geri döndükdə ata-anasını qaçqın görüb. 1992-ci ildə Ordu Sıralarına yollanıb. 1993-cü il yanvarın 1-də Ağdamın Naxçıvanik kəndi uğurunda gedən döyüşlərin birində şəhid olub.

Abbasov Mahir Qələndər oğlu - 1970-ci il yanvarın 20-də Amasiya rayonunun Daşkörpü kəndində anadan olub. 1985-ci ildə doğma kəndində səkkiz illik məktəbi bitirmiş və Amasiya rayonunun Texniki peşə məktəbinə daxil olmuşdur. 1988-ci ilin dekabrında erməni təcavüzü nəticəsində yurdlarından didərgin düşmüş. 1989-1991-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ilin axırlarında Milli Ordu sıralarına yollanıb. 1992-ci ilin fevralın 27-də Vəng yüksəkliyi uğrunda gedən döyüşlərin birində şəhid olub.

İsmayılov Gündüz Cəlal oğlu - 1973-cü ildə Daşkəsən şəhərində anadan olub. 1992-ci ildə Milli Ordu sıralarına çağrılıb. 1993-cü ildə Yazdüzü uğrunda gedən döyüşlərdə itkin düşüb.

Cəfərov Kamran Səməndər oğlu - 1974-cü ildə Daşkəsən rayonunun Muşavaq kəndində anadan olub. 1992-ci ilin oktyabrında Ordu sıralarına yollanıb. Milli Qvardiyanın əsgəri idi. 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə itkin düşüb.

Qurbanov Qurban Rəhim oğlu - 1968-ci il martın 10-da Daşkəsən rayonunda anadan olub. 1993-cü ildə könüllü Milli Ordu sıralarına yollanıb. 1994-cü il fevral ayının 11-də Murov dağı uğrunda gedən döyüşdə itkin düşüb.

Ülvi Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. Beş yaşından yazıb-oxumağı bacaran Ülvi altı yaşında ilk şeirini yazmışdır. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində almışdır. 1978-ci ildə Ülvinin valideynləri Kəsəmən kəndindən Daşkəsən şəhərinə köçmüşdür.

1989-cu ilin sentyabr ayında SSRİ Müdafiə Nazirinin həmin dövrdəki qərarına əsasən o, tələbə olduğu üçün vaxtından 9 ay əvvəl hərbi xidmətdən tərxis olundu və APXDİ-nin II kursunda təhsilini davam etdirmək üçün sentyabr ayının əvvəllərində Kanskdan Bakıya qayıdan Ülvi həmin gün mitinqdə iştirak etmiş və uydurma "Dağlıq Qarabağ probleminin" xalqı üçün yaratdığı sıxıntıların, iztirabların, gərginliklərin daha da dərinləşdiyinin şahidi olmuşdur.

19 yanvar 1990-cı ildə gecə Bakıya girən Sovet ordusunun yolunu kəsmiş, dinc piketin gülləbaran edilməsinə dözməyərək, sinəsini xalqına tuşlanmış gülləyə sipər etmiş və saat 00:20-də həlak olmuşdur. Yanvarın 20-də axşamüstü dostları, tələbə yoldaşları və müəllimləri onun cəsədini Semaşko adına xəstəxanadan tapdılar.

Ülvi Bünyadzadə Bakıda Şəhidlər Xiyabanında 40-cı qəbrdə dəfn olunmuşdur.

Ülvinin son illər yaşadığı küçəyə (babasının evi yerləşən küçəyə) "Ülvi Bünyadzadə küçəsi" adı verilib. Həmin evin (babasının evinin) divarına "Burada 20 yanvar şəhidi, şair Ülvi Bünyadzadə yaşamışdır" yazılı barelyef-lövhə vurulmuşdur.

"20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adi haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də kecmiş SSRİ silahlı quvvələrinin Bakıya və respublikanın bir necə rayonuna hərbi təcavuzu zamanı həlak olmuş 147 nəfərə indiyədək "20 Yanvar şəhidi" fəxri adı verilmişdir.

Məmmədov Səxavət Fizuli oğlu - 10.03.2019-cu il tarixdə saat 06:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa çalışan silahlı terrorçuların qarşısını alan zaman 2017-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılmış, Daşkəsən rayonunun Təzəkənd kəndində 24.10.1999-cu ildə anadan olmuş kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu şəhid olmuşdur.