Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Daşkəsən rayon Heydər Əliyev Mərkəzi 2006-cı ildən muzey olaraq fəaliyyətə başlamışdır.

Heydər Əliyev Muzeyi 2006-cı ilin oktyabr ayının 31-də açılmış, açılış mərasimində Ölkə Prezidenti İlham Əliyev Cənabları və Azərbaycanın birinci xanımı, YUNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da iştirak etmişdir. Muzeyə baxış keçirildikdən sonra ölkə Prezidenti İlham Əliyev muzeyin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazmışdır:

"Heydər Əliyev Muzeyinin eksponatları və muzeydə nümayiş etdirilən fotoşəkillər Ulu Öndərin həyat və fəaliyyətini əks etdirir. Muzeyin xarici görünüşü və daxili tərtibatı yüksək standartlara cavab verir.

Müstəqil Azərbaycanın inkişafında Heydər Əliyevin müstəsna və əvəzolunmaz rolu olmuşdur. Bu gün onun siyasi kursu uğurla davam etdirilir. Daşkəsən rayonunun sürətli inkişafı bunun əyani sübutudur. Daşkəsən rayonunun inkişafına çox böyük diqqət göstərilir, xüsusi sərəncam imzalanmışdır və uğurla icra edilir, abadlıq işləri geniş vüsət almışdır.

Bütün Daşkəsənlilərə yeni uğurlar və qələbələr arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

31. 10. 2006 "

31 Oktyabr 2006-cı il. Prezident İlham Əliyevin Daşkəsənə birinci səfəri

31 oktyabr 2006-cı il. Prezident İlham Əliyevin Daşkəsənə birinci səfəri

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 23.04.2012-ci il tarixli qərarına əsasən rayon (şəhər) Heydər Əliyev Mərkəzlərinin nümunəvi əsasnaməsi təsdiq edilmiş və bu qərara əsasən Daşkəsən Rayon Heydər Əliyev Muzeyi fəaliyyətini Mərkəz olaraq davam etdirmişdir.

Mərkəzin binası 2 mərtəbədən ibarətdir. Mərkəzin ümumi sahəsi 367.5 m²-dir. Mərkəzin birinci mərtəbəsində sahəsi 271.7 m² olan ekspozisiya sərgi zalı yerləşir.

Ekspozisiya zalı

Ekspozisiya zalı

Mərkəzdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən cəmi 715 eksponat var (fotoşəkil, kitablar, film diskləri və s.)

Mərkəzin nəzdində komputer kursu, ingilis dili kursu, rəqs dərnəyi və rəsm dərnəyi (fasilələrlə) fəaliyyət göstərir.

Mərkəzdə mütəmadi olaraq Azərbaycan Tarixi dərsləri keçirilir. Dərslərdə 10-11-ci sinif şagirdləri iştirak edir. Dərslərdə şagirdlərə Ulu Öndərin həyat və fəaliyyət dövrü ilə bağlı geniş məlumatlar verilir və film nümayiş olunur.

Mərkəzin əsas profili Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolunu, həyat və fəaliyyətini təbliğ etmək, əhaliyə mədəni xidmət göstərmək, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə kömək etməkdir.

2014-cü il oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daşkəsən rayonuna ikinci dəfə səfər etmişdir. Səfər çərçivəsində Ölkə Prezidenti və xanımı Daşkəsən rayon Heydər Əliyev Mərkəzini ziyarət etmiş, aparılan işlərlə yaxından tanış olmuşlar.

17 oktyabr 2014-cü il. Prezident İlham Əliyevin Daşkəsənə ikinci səfəri

17 oktyabr 2014-cü il. Prezident İlham Əliyevin Daşkəsənə ikinci səfəri