Daşkəsən rayon Heydər Əliyev Mərkəzi rayon Mərkəzində, Heydər Əliyev prospektində yerləşir. Mərkəzin binası 2 mərtəbədən ibarətdir. Mərkəzin ümumi sahəsi 367.5 kv.m-dir. Bina əvvəllər "Dostluq" kinoteatrının binası olmuş, 2006-cı ildə əsaslı təmir- bərpa işləri aparılmış və Heydər Əliyev Muzeyi kimi fəaliyyətə başlamışdır. Binada 2014-ci ildə yenidən təmir işləri aparılmış, fasad hissəsi dəyişdirilmişdir.

Mərkəzin giriş hissəsində, foyedə Ulu Öndər Heydər Əliyevin büstü yerləşdirilib.

Mərkəzin birinci mərtəbəsində sahəsi 275. 7 kv.m olan ekspozisiya sərgi sahəsi və komputer otağı mövcuddur.

Mərkəzin ikinci mərtəbəsində rəsm və rəqs kurslarının təşkil olunduğu iş otağı və işçilər üçün nəzərdə tutulmuş iş otağı mövcuddur.