Biləsuvarda Böyük Azərbaycan şairi Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib

Biləsuvarda Böyük Azərbaycan şairi Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib

Biləsuvar rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Böyük Azərbaycan şairi Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ziyalıları iştirak etdi.
Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir. Eyni zamanda, bu Sərəncam Azərbaycan mədəniyyətinin zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir. İmadəddin Nəsiminin bədii yaradıcılığının Azərbaycan dilinin tarixi inkişafının öyrənilməsində, Azərbaycan şeirinin və ümumiyyətlə, türk ədəbiyyatının təkmilləşməsində müstəsna rolu var.Hələ 1973-cü ildə Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi qeyd edilib. Bununla yanaşı, Ulu öndər 1973-cü ildə böyük söz ustadının 600 illik yubileyinin UNESCO-nun tədbirlər planına daxil edilməsinə nail olub. Həmin tədbirlər zamanı şairin yubileyi beynəlxalq səviyyədə qeyd olunub. 1973-cü ildə “Nəsimi” bədii filmi çəkilib. Yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində şairin möhtəşəm heykəli ucaldılıb.Ümummilli liderin həmin təşəbbüsünü sözün əsl mənasında Ulu öndərin xalqımızın şairinə sahib çıxması baxımından da yüksək dəyərləndirmək olar.
Tədbirdə Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş İmadəddin Nəsiminin zəngin yaradıcılıq irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm rol oynadığı, şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutduğu bildirildi. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir.
Çıxış edənlər İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında ətraflı danışdılar.
Sonda rayon Mədəniyyət Mərkəzinin dram kollektivinin ifasında Nəsimiyə həsr olunmuş tamaşa maraqla qarşılandı.