Yaxın mədəniyyət müəssisələri

Heydər Əliyev parkı

  • Heydər Əliyev parkının tikintisinə 2012-ci ilin iyul ayında başlanılmış, 2013-cü ilin avqust ayında başa çatmışdır.
  • Sahəsi - 2.1 hektar
  • Yaşıllıq sahəsi - 6400 kvm
  • Dekorativ ağac və güllər - 400 ədəd
  • Üzlük plitə döşənmiş sahə - 9200 kvm
  • Ulu öndər Heydər Əliyevin abidəsinin hündürlüyü - 8 metr
  • Fontan kompleksi - 4 ədəd
  • Hasarın üzərində quraşdırılmış işıq lampaları - 80 ədəd
  • Parkın ərazisində quraşdırılmış hündürlüyü 3 metr olan işıq dirəkləri - 35 ədəd
  • Hündürlüyü 1.0 metr olan işıqlar - 30 ədəd
  • Bayrağın hündürlüyü 56 metrdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 04 sentyabr 2013-cü il tarixdə Biləsuvar rayonuna səfəri zamanı parkın açılışında iştirak etmişdir.

Bayraq Muzeyi

Bayraq muzeyinin inşasına 2017-ci ilin dekabr ayında başlanmış və 2018-cı ilin may ayında tikinti işləri başa çatdırılmışdır.

Ərazisi 400 kv.metr, tikinti altı sahəsi 350 kv.metrdir.

Muzey binası 2 mərtəbəli olmaqla sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir.

Muzeyin sərgi zalında ümumilikdə 6 bölmə yaradılmışdır. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, orta əsrlərdə xanlıqların istifadə edilmiş bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünü, Azərbaycan SSR dövrünü və Azərbaycan Müstəqillik dövrünü əks etdirən Konstitusiyalar, gerblər, bayraqlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin geyim formaları, Ümummilli Liderin andiçmə mərasiminə dair foto şəkillər və dövlət rəmzləri haqqında kəlamları, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə və Bayraq Meydanının açılışı mərasimlərinə dair foto şəkillər, poçt markaları, orden və medal nümayiş olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 sentyabr 2018-ci il tarixdə Biləsuvar rayonuna səfəri zamanı Bayraq Muzeyinin açılışında iştirak etmişdir.

Gənclər Mərkəzi

Gənclər Mərkəzinin inşasına 2017-ci ilin dekabr ayında başlanmış, 2018-ci ilin may ayında tikinti işləri başa çatdırılmışdır.

Bina 2 mərtəbəli olmaqla, ümumi sahəsi 1200.0 kv.metr, tikintialtı sahəsi 1080 kv.metr, tikintinin həcmi 6293 m3 –dir.

Binanın birinci mərtəbəsində foyedə Ulu Öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Biləsuvar rayonuna müxtəlif illərdə səfərlərini əks etdirən fotostendlər quraşdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 sentyabr 2018-ci il tarixdə Biləsuvar rayonuna səfəri zamanı Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.