Heydər Əliyev və Biləsuvar

Azərbaycan KP Mk-nin 1-ci katibi işləyərkən Heydər Əliyev Biləsuvar rayonuna 1973,1974,1975-ci illərdə tarixi səfərlər etmişdir.

Böyük Azərbaycansevər Heydər Əliyev Biləsuvar rayonuna səfəri zamanı rayon ictimaiyyəti ilə səmimi söhbət etmiş, görüş zamanı çəkilən fotolar Biləsuvarlıların Heydər Əliyevi necə sevinc və sevgi ilə qarşılanmasına bir sübutdur.

Ümummilli Lider Heydər Əliyevin Biləsuvar rayonuna səfəri

Rayon zəhmətkeşləri ilə görüş

Rayon zəhmətkeşləri ilə görüş

Rayon ictimaiyyəti ilə görüş

Ümummilli Lider Heydər Əliyevin Biləsuvar rayonuna səfəri

Rayon ictimaiyyəti ilə görüş

Azərbaycan xalqının Heydər Əliyevə ikinci dəfə böyük etimad göstərməsi səbəbsiz deyildi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bir çox təhlükələr qarşısında qalanda məhz Heydər Əliyevin rəhbərliyə qayıdışı ölkədə köklü dəyişikliklərin baş verməsinə səbəb oldu. Ulu Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, inkişafın Azərbaycan modelini yaratdı. Heydər Əliyev Azərbaycanın çətin və mürəkkəb dövründə xalqın istəyi ilə yenidən ölkə rəhbərliyinə qayıtdı və hakimiyyətin düzgün strategiyasını müəyyənləşdirdi. Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardı. Bir sözlə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi özünün yüksək zirvəsinə çatdı.

Müstəqilliyimiz dövründə Ümummilli lider Heydər Əliyev seçkiqabağı proqramı çərçivəsində Biləsuvar rayonunda çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərlə görüşdü. 9 oktyabr 1998-ci il

Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən ümummilli liderimizin ən böyük arzusu zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün qayğıları, problemləri Azərbaycan dövlətinin, ümummilli lider Heydər Əliyevin gündəlik qayğısına çevrilmişdi.

O da tarixi həqiqətdir ki, işğal faktı nəticəsində qaçqın və məcburi köçkünə çevrilən insanların üzləşdiyi sosial və digər problemlərin həlli istiqamətində atılan ilk addımlar bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin xalqın istək və tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra doğma yurdlarından didərgin salınmış bir milyon nəfərədək soydaşımız dövlət qayğısı ilə əhatə olundu, onların üzləşdiyi sosial problemlər tədricən öz həllini tapmağa başladı.

Ümummilli lider Heydər Əliyevin Biləsuvar rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşü zamanı iki məcburi köçkünün (Füzuli və Cəbrayıl rayonlarından)toy mərasimində iştirak etdi.

19 mart 1999-cu il