Biləsuvardakı Heydər Əliyev Mərkəzinin könüllüləri “Evdə qal!” aksiyası çərçivəsində sosial layihələrə qoşulublar

Biləsuvardakı Heydər Əliyev Mərkəzinin könüllüləri “Evdə qal!” aksiyası çərçivəsində sosial layihələrə qoşulublar

Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzinin əməkdaşları və könüllüləri evdən çıxa bilməyən tənha və yaşlı insanlar, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə “Evdə qal” aksiyası çərçivəsində vaxtaşırı görüşərək, onlara zəruri ərzaq məhsullarından ibarət bağlamalar çatdırırlar.

Könüllülər, həmçinin xüsusi karantin rejimi dövründə tənha yaşayan ahıllara, eləcə də aztəminatlı və imtiyazlı ailələrə dərman vasitələrinin alınması, evlərdə həkim müayinələrinin təşkili kimi sosial xidmətlər göstərirlər.