Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin könüllüləri"Böyüklərimizi qoruyaq!” sosial aksiyasına qoşulub

Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin könüllüləri"Böyüklərimizi qoruyaq!” sosial aksiyasına qoşulub

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyasına qarşı mübarizəsi çərçivəsində 65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulub.

Bundan irəli gələrək Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin könüllüləri"Böyüklərimizi qoruyaq!” sosial aksiyasına qoşulub. Karantin dövründə yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara evdə xidmətlərin daha operativ və səmərəli təşkilində dəstək verməsi məqsədi ilə Biləsuvar şəhər və kənd ərazisində köməyə ehtiyacı olan yaşlı və ahıl insanlara xidmət göstərilib.
Hazırda bu xidmət davam etdirilir.