Mərkəzin açılışı 04 sentyabr 2013-cü ildə ölkə başçısı cənab İlham Əliyevin rayonumuza səfəri zamanı baş tutmuşdu. Biləsuvar Heydər Əliyev Mərkəzinin ümumi sahəsi 3757.7kv.m²-dir. Mərkəz 3 mərtəbədən ibarətdir. 1 foye, otaqların ümumi sayı 28, 7 dərnək otağı, 2 zal və digər texniki otaqlar mövcuddur. Müasir interyeri ilə diqqəti cəlb edən Mərkəzin foyesində Ümummilli Liderin büstü qoyulub. Burada rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli şərait yaradılmışdır.

Foye- Ulu öndər Heydər Əliyevin həyatının uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet və müstəqillik dövrünə aid müxtəlif fotolar, sənədlər və kitablardan ibarətdir.

Şahmat dərnəyi

Internet kafe

Akt zalı- Mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün əlverişlidir. 206 oturacaqdan ibarətdir.

3D kino zalı- 100 oturacaqdan ibarətdir.