Bərdə rayon Heydər Əliyev Mərkəzi 30 sentyabr-30 oktyabr tarixlərində İkinci Qarabağ müharibəsinin birinci ildönümü ilə əlaqədar şagirdlər arasında "Zəfər yolu" başlığı altında inşa müsabiqəsi elan edir

Bərdə rayon Heydər Əliyev Mərkəzi 30 sentyabr-30 oktyabr tarixlərində İkinci Qarabağ müharibəsinin birinci ildönümü ilə əlaqədar şagirdlər arasında "Zəfər yolu" başlığı altında inşa müsabiqəsi elan edir. Müsabiqədə iştirak etmək istəyən şagirdlər Bərdə rayon Heydər Əliyev Mərkəzinin facebook səhifəsinə və berde.h.eliyev-merkezi@mail.ru e-mail ünvanına yaza bilərlər.

Yazılmış inşalar münsiflər tərəfindən qiymətləndiriləcək. Müsabiqədə üç qalib yer müəyyənləşdiriləcək. I, II, və III yeri tutmuş şagirdlər Bərdə rayon Heydər Əliyev Mərkəzi tərəfindən Təşəkkürnamə ilə təltif ediləcək. Müsabiqədə iştirak edəcək şagirdlərə uğurlar arzulayırıq.