Yaxın mədəniyyət müəssisələri

Bərdə Dövlət Rəsm Qalereyası

Bərdə Dövlət Rəsm Qalereyası 1989-cu ildən fəaliyyətə başlayıb. 2008-ci ildən yeni binaya köcürülən Rəsm Qalereyası Bərdə şəhər Heydər Əliyev prospekti 95 ünvanında yerləşən, ümumi sahəsi 173 kv.metr olan 2 otaqdan ibarətdir. Ekspozisiya-sərgi sahəsi 152 kv.metr, fond saxlama sahəsi 21 kv.metrdir. Qalereyanın fondunda peşəkar, gənc və həvəskar rəssamların 50-ə yaxın əl işləri və rəsm əsərləri saxlanılır. Qalereyada həvəskar gənclərdən və məktəbli şagirdlərdən ibarət rəsm dərnəyi fəaliyyət göstərir. Bundan başqa xalçaçılıq sənətini yaşatmaq və gələn ziyarətcilərə göstərmək ücün xalça toxuma təbliğ olunur. Yay mövsümündə açıq havada turistlərə müxtəlif mədəni xidmətlərin və sərgilərin keçirilməsi ücün, Qalereyanın qarşısından istifadə etmək daha məqsədə uyğundur.

Bərdə Tarix-Diyarşünaslıq Muzeyi

Bərdə Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildən fəaliyyət göstərir. Muzey 2008 - ci ildə əsaslı təmir edilmişdir. 2009-cu ildə martın 2-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Azərbaycanın birinci vitse prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə muzeyin açılışı olmuşdur. Muzeydə hal-hazırda Bərdənin qədimliyini əks etdirən 3102 eksponat qorunub saxlanmaqdadır. Muzeyin foyesi, bir zalı və 4 yardımçı otağı var. Muzeyin foyesində Bərdənin orta əsrlərə aid, yəni VII-IX əsrə aid maketi yer tutur. Zalda isə Bərdənin qədimliyini əks etdirən eksponatlar sərgilənir.