Kitabxana

Bərdə rayon Heydər Əliyev Mərkəzinin kitabxanasında 2 minə yaxın kitab var. Bunların içərisində ictimai-siyasi ədəbiyyat mühüm yer tutur. Bundan başqa kitabxanada siyasət, iqtisadiyyat, təbiət, kənd təsərrüfatı, hüquq, elm, təhsil, mədəniyyət, incəsənət, turizm, filologiya, bədii ədəbiyyat, dil, fəlsəfə kitabları, biblioqrafik vəsaitlər, məlumat nəşrləri, audiovizual sənədlər vardır. Kitabxanada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və ölkə Prezidenti cənab İlham Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr olunmuş kitablardan ibarət xüsusi guşə yaradılmışdır.