Dərnəklər

2009-cu ilin yanvar ayında Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Respublikada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin işinin təkmilləşdirilməsi və genişləndirilməsi məqsədilə, Mərkəzlərdə dərnəklərin yaradılması ideyası irəli sürüldü.Bu göstərişləri rəhbər tutaraq 02 fevral 2009-cu il tarixdən Bərdə rayon Heydər Əliyev Mərkəzində komputer, rəsmşahmat dərnəkləri və kitab klub təşkil olunmuşdur.

Komputer dərnəyi

Komputer dərnəyinin yaradılmasında məqsəd məktəb şagirdlərinin, gənclərin komputer biliklərinin təkmilləşdirilməsidir.

Rəsm dərnəyi

Rəsm dərnəyinin yaradılmasında məqsəd məktəb şagirdlərinin bədii yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi və asudə vaxtın səmərəli təşkil edilməsidir.

Kitab-klub

Kitab-klubda isə gənclər müəyyən bir ədəbiyyatı müzakirə edir. Bu isə onlarda kitaba marağı daha da artırır.