Rayon haqqında məlumat

Rayon haqqında məlumat

İnzibati ərazi vahidi olaraq Bərdə rayonu 08 avqust 1930-cu ildə yaradılmışdır. Ərazisi 957 kv.m-dir. 2019-cu il yanvarın 1-nə olan məlumata görə rayon əhalisinin sayı 156348 nəfərdir. Əhalinin sıxlığı kvadrat kilometrə 163 nəfərdir. Əhalinin 25,6 faizi şəhər, 74,4 faizi isə kənd sakinləridir. Əhalinin 50,8 faizini kişilər, 49,2 faizini isə qadınlar təşkil edir. 2018-ci ildə rayon üzrə 2235 körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 14,3 faiz təşkil edib. İl ərzində doğulan uşaqların 53,2 faizi oğlan uşağı, 46,8 faizi isə qız uşaqlarıdırlar. İl ərzində 1131 nigah qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesab ilə nigahlar 7,3 faiz təşkil edib. Bərdə şəhəri ölkənin mərkəzi hissəsindədir: 400 25ı şimal enliyində və 470 05ı şərq uzunluğunda, Kür-Araz ovalığında, dəniz səviyyəsindən 87 metr yüksəklikdə, Qarabağ düzünün mərkəzində yerləşir.

Rayon qərbdən Tərtər rayonu, şimaldan Yevlax şəhəri, şimal-şərqdən və şərqdən Ağdaş rayonu və cənub-şərqdən Zərdab rayonu ilə Kür çayı boyunca, cənubdan Ağdam və Ağcabədi rayonları ilə həmsərhəddir. Rayonu respublikanın digər rayonları ilə avtomobil, respublikanın paytaxtı, Yevlax şəhəri, Ağdaş, Ucar və Kürdəmir rayonları ilə dəmir yolu birləşdirir. Rayonda 35 inzibati ərazi vahidi və dairəsi var, 67 bələdiyyə fəaliyyət göstərir.