Dəmir Yumruq” sənədli filminin təqdimatı

Dəmir Yumruq” sənədli filminin təqdimatı

19.05.2021 –ci il tarixdə Balakən rayon Heydər Əliyev Mərkəzində Real-Tv-nin təşkilatçılığı ilə ərsəyə gələn, Vətən Müharibəsi dövründə Azərbaycanı özünə Vətən bilən fərqli dinlərin və millətlərin nümayəndələrinin birlik olması və onların ülvi Vətən sevgisindən bəhs edən “Dəmir Yumruq” sənədli filminin təqdimatı olub.

Əvvəlcə II Vətən müharibəsində yüksək qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan və eyni zamanda bütün dövrlərdə Azərbaycan adlı məmləkətin var olması üçün canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözüylə açan Balakən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva qeyd etmişdir ki, Azərbaycanda tarixən bütün xalqlara, milli azlıqlara və etnik qruplara eyni münasibət bəslənilib, onlar sülh əmin amanlıq şəraitində yaşayıblar və bu birlik nəticəsində müxtəlif bölgələrdə yaşayan azsaylı xalqlar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşərək II Vətən müharibəsində xalqımıza qələbə sevincini bəxş ediblər.

Tədbirdə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin ictimai-siyasi humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Türkan Əliyeva qeyd etmişdir ki, dəmir yumruğu Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsindəki qələbəmizin simvolu kimi Ermənistana tuşlayıb onun başını necə əzdiyimizi göstərdi və ordumuz hər rayonu azad etdiyi günlərdə bu yumruq yuxarı qalxmışdı və düşmənə zərbə simvolu qazanmışdı.

Daha sonra “Dəmir Yumruq” sənədli filmi rayonun müxtəlif idarə və təşkilatlarının əməkdaşları və fəal gənclər tərəfindən maraqla izlənilib.

https://www.facebook.com/Balak%C9%99n-Rayon-Heyd%C9%99r-%C6%8Fliyev-M%C9%99rk%C9%99zi-19370354464

https://www.instagram.com/p/COnXD_cjuh5Gut1-QAot9CbpfegCwSUolJzIXE0/?utm_medium=copy_link