“Gənclərin inkişafında təhsilin rolu””

“Gənclərin inkişafında təhsilin rolu””

15 sentyabr 2020-ci il tarixdə Balakən rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Gənclərin inkişafında təhsilin rolu”” adlı tədbir keçirilmişdir. Tədbirdə Balakən rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Məkəzinin Balakən nümayəndəliyinin, Balakən rayon Mədəniyyət müəssisələrinin əməkdaşları və Balakən rayon fəal gəncləri iştirak etmişdir.
Tədbirdə çıxış edən Balakən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva qeyd etmişdri ki, ümummilli lider Heydər Əliyev istər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermişdir. Bu gün Azərbaycan üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimiz və mədəniyyətimiz qarşısında durur.
Daha sonra çıxış edən Gənclərin İnkişaf və Karyera Məkəzinin Balakən nümayəndəliyinin direktoru Şahin Qarakişiyev öz çıxışında bildimişdir ki, biz müstəqil Azərbaycan vətəndaşları olaraq, təhsilimizin güclənməsi, inkişaf etdirilməsi üçün böyük işlər görməliyik, Azərbaycanımızın firavanlığı və gələcəyi naminə əzmlə çalışmalıyıq.
Tədbir gənclərlə qarşılıqlı sual-cavab, diskussiya şəklində davam etmişdir.

https://www.instagram.com/p/CFJ-nL-DmaIki-ZOkaax-kkJO_CWKvx9BYZvLg0/

https://www.facebook.com/193703544640986/photos/a.352476178763721/606796393331697/