"Gender bərabərliyi" mövzusunda videokonfrans

"Gender bərabərliyi" mövzusunda videokonfrans

2 sentyabr 2020-ci il -tarixdə Balakən rayon Heydər Əliyev Mərkəzinin və Ombudsmanın Şəki Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Gender bərabərliyi mövzusunda videokonfrans keçirilmişdır. Videokonfransda Balakən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva, Ombusdmanın Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov, Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, Balakən rayon Gənclər və İdman İdarəsinin, Balakən Gənclər Evi Sosial Xidmət Müəssisəsinin, Balakən rayon Mədəniyyət Mərkəzinin və Zaqatala, Balakən Heydər Əliyev Mərkəzlərinin əməkdaşları iştirak etmişdir.
Videokonfransı giriş sözüylə açan Balakən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev müdrik dövlət rəhbəri, fenomenal idarəçi olmaqla Respublikaya rəhbərliyi dövründə, birbaşa təşəbbüsü və rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyada Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını qoymuşdur.
Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov öz çıxışında qeyd vurğulamışdır ki, Gender bərabərliyi qadınların və kişilərin, oğlanların və qızların bərabər hüquqları, vəzifələri və imkanları deməkdir və bu bərabərlik kişiləri və qadınları eyniləşdirmir, əksinə onların fərqli ehtiyaclarını, prioritetlərini və maraqlarını nəzərə almağa tələb edir. Son yüz il ərzində dünya dövlətləri o cümlədən Azərbaycan gender problemlərinin çözümü istiqamətində böyük addımlar atmışdır.
Daha sonar çıxış edən Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov Ulu öndər Heydər Əliyevin gender bərabərliyinin dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılması üçün gördüyü işlərdən danışıb və bildirmişdir ki Azərbaycanda qadın hərəkatının geniş vüsət almasında, sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Azərbaycanın birinci vitseprezidenti, Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

https://www.instagram.com/p/CEoTuqpD5M9QGV0vDGJndHPcm0xRXQ87gYY2Jw0/

https://www.facebook.com/193703544640986/photos/a.352476178763721/597933907551279/