Yaxın mədəniyyət müəssisələri

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Balakən rayonunda ilk kitabxana binası 1947-ci ildə tikilib və cəmi 2 işçi ilə fəaliyyətə başlayıb. Həmin binada 1948-ci ildə Mərkəzi Kitabxana yaradılıb, 1966-cı ildə isə kitabxanaya görkəmli yazıçı M.Hüseynin adı verilib. 1 dekabr 1979-cu ildən etibarən bütün kitabxanalar mərkəzləşdirilmiş halda fəaliyyət göstərməyə başlayıb. 1 mərkəzi, 1 şəhər və 19 kitabxana filialını özündə birləşdirən MKS-nin nəzdində 6 şöbə: Oxuculara xidmət şöbəsi, komplektləşdirmə və kitabişləmə, metodika-biblioqrafiya, kitabxana – biblioqrafiya proseslərinin avtomatlaşdırılması, informasiya – resurs və uşaq şöbələri fəaliyyət göstərir. Bu müəssisələrdə hazırda 51 işçi çalışır. Mərkəzi Kitabxanın kitab fondu 164344 nüsxədir. Bunlardan 77876 nüsxəsi latın, 69647 nüsxəsi kiril, 16353 nüsxəsi rus, 161 nüsxəsi xarici, 301 nüsxəsi gürcü dilində olan ədəbiyyatdan ibarətdir.https://www.mks.07@mail.r

Bayraq muzeyi

Bayraq muzeyin tikintisinə 2017-ci ilin fevralında başlanılıb və həmin ilin iyulunda başa çatdırılıb. Balakən Rayon İcra Hakimiyyətinin sifarişi əsasında inşa edilən muzey binasının ümumi sahəsi 510 kvadratmetrdir.Burada müxtəlif dövrlərdə Azərbaycanda atribut kimi qəbul edilmiş bayraqlar, gerblər, o cümlədən Nuxa, Yelizavetpol, Naxçıvan, Quba, Şuşa, Şamaxı, Lənkəran, Zaqatala qəzalarının və Bakı quberniyasının, Azərbaycan SSR-in, Azərbaycan İctimai Şuralar Cəmiyyətinin və müstəqil Azərbaycanın gerbinin fotoları nümayiş etdirilir. Muzeydə Azərbaycanın Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular və Eldəgizlər dövlətləri dövründəki, həmçinin 1918-1920-ci illərdəki və 1991-ci ildəki xəritələri də var. Güc strukturlarının geyimlərinin, tarixin müxtəlif dövrlərində ölkəmizdə istifadə edilən sikkələrin, pulların nümayiş olunduğu ekspozisiyalar da maraq doğurur.