Muzey

Heydər Əliyev muzeyi 2008-ci ilin sentyabr ayindan etibarən fəaliyyətə başlamışdır. Muzey həftənin II-VII günləri saat 10 :00 dan 18:00-dək fəaliyyət göstərir.

Heydər Əliyev Muzeyinin əsas fəaliyyət istiqaməti Ulu öndər irsinin öyrənilməsi, onun Azərbaycan dövləti və xalqı qarşısında olan müstəsna xidmətlərinin təbliği işinin həyata keçirilməsidir. Muzey Ulu öndərin keçdiyi şərəfli həyat yolunu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirir. Burada Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür.

Ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və Azərbaycan Respublikasının Prezidenti kimi 1993-2003-cü illərdə həyata keçirdiyi böyük işlər, Azərbaycanın rifahı, gözəl gələcəyi naminə apardığı düşünülmüş siyasət, ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafına yol açan layihələr, ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrə dair maraqlı fotolar, müxtəlif sənədlər, o dövrlərə aid kitablar, qəzetlər və digər materiallara muzeydə geniş yer verilib.

Muzeydə Balakənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolu, Prezident cənab İlham Əliyevin Balakənə göstərdiyi diqqət və qayğının bariz nümunələrinə də geniş yer ayrılıb. Muzeyin guşələrində Balakənin son illərdə keçdiyi sosial-iqtisadi inkişaf yolundan, Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan bəhs edən nümunələrə geniş yer ayrılıb.