Kitabxana

Şəki Regional Mədəniyyət İdarəsinin 20.02.2018-ci il tarixli 28 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayevin tapşırığına uyğun olaraq rayon MKS-nin filiallarından birinin müvafiq rayonlar üzrə Heydər Əliyev Mərkəzlərində fəaliyyətinin təmin edilməsi tapşırılmışdır. Tapşırığa əsasən Balakən MKS-nin kitabxana xidməti rayon Heydər Əliyev Mərkəzində yerləşdirilmişdir. Kitabxanada Ulu Öndərin fəaliyyətini əks etdirən kitablarla yanaşı, dünya ədəbiyyatından da nümunələr var. Kitabxananın fondunda 2904 ədəd kitab var. Burada tələbələr və şagirdlər vaxtaşırı mütaliə edirlər. Kitabxananın 398 oxucusu var.