Qalereya

Balakən rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən, 1037 eksponat vardır. Ekspozisiya zalında bu eksponatlardan 189- u nümayiş etdirilir, onlardan 1 büst, 61 fotoşəkil, 2 kətan üzərində rəsm, 93 kitab, 33 sənəd təşkil edir.

Muzeydə Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əhatə edən 7 stend yerləşdirilmişdir.

1. Birinci stenddə 1930-45-ci illərdə Ulu Öndərimizin Naxçıvanda keçirtdiyi uşaqlıq, gənclik və tələbəlik illəri yer almışdır.

2.İkinci stenddə Heydər Əliyevin 1948-1968-ci illərdə Dövlət təhlükəsizlik orqanlarında keçdiyi ağır, şərəfli 25 illik dövr öz əksini tapmışdır.

3. Üçüncü stenddə Heydər Əliyevin Azərbaycan Kommunist Mərkəzi Komitəsinin birinci katibi seçildiyi 1969-1981-ci illərdə həyata keçirdiyi tədbirlər əks olunmuşdur.

4. Dördüncü stenddə Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü olduğu 1983-86-cı illərdə gördüyü işlərdən bəhs edir.

5. Beşinci stenddə Heydər Əliyevin 1990-cı ildə Bakıya qayıdışı ilə onun həyata keçirdiyi islahatlar bu lövhədə əks olunmuşdur.

6. Altıncı stenddə Heydər Əliyevin 1993- 98-ci illər birinci Prezidentlik dövründə həyata keçirdiyi iqtisadi islahatlardan bəhs olunur.

7. Yeddinci stendə Heydər Əliyevin ikinci hakimiyyəti dövründə 1998-2002 -ci illərdə həyata keçirdiyi iqtisadi islahatlar öz əksini tapmışdır.

8. Səkkizinci stenddə Prezident İlham Əliyevin 2013-2017ci illər Balakənə etdiyi səfərlər əks olunmuşdur.