“Poeziya dünyasının dahisi” adlı videokonfrans

“Poeziya dünyasının dahisi” adlı videokonfrans

24.05.2021-ci il tarixdə Balakən rayon Heydər Əliyev Mərkəzi tərəfindən Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar dahi şairin yaradıcılığının gənc nəslə təbliği məqsədi ilə “Poeziya dünyasının dahisi” adlı tədbir keçirilmişdir. Tədbirdə rayon ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Mərkəzin elmi işçisi Ç.Bazarova çıxışında qeyd etmişdir ki, dahi Azərbaycan şairi Nizami Gəncəvi dünya ədəbiyyatı tarixində xüsusi mövqeyə malik bir sənətkardır və onun yaradıcılığı ilə orta əsr Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində yeni bir dövr başlanmışdır. Nizaminin misilsiz əsərləri, onun qabaqcıl ideyaları böyük sürətlə Yaxın və Orta Şərqə yayılaraq, bir çox xalqların ədəbiyyatının inkişafına müsbət təsir göstərmişdir.
Mərkəzin bələdçisi S.Çunayeva çıxışında vurğulamışdır ki, dahi şairin əsərlərində qadın haqlarının təbliği xüsusi yer tutur və Nizami daim qadın azadlığını təbliğ etmiş, vəsf etmiş, onun qadını qəhrəmanları seçən, kişilərlə bərabər səviyyədə dayanan, hətta, bəzi məqamlarda öz ər və qardaşlarından daha tədbirli və uzaqgörən insanlardır.
Daha sonra çıxış edən rayon ümumtəhsil məktəblərinin şagirdləri Nizami adına şəhər 1 saylı məktəbin 3-cü sinif şagirdi Hüseynov Şamil, Nizami adına şəhər 1 saylı məktəbin 7-ci sinif şagirdi Haxov Məhəmməd, Zərifə Əliyeva adına şəhər 3 saylı məktəbin 6-cı sinif şagirdi Xəlilbekova Zəhra, Yeni Şərif kənd orta məktəbin 8-ci sinif şagirdi Urkayeva Nazilə dahi Nizami yaradıcılığının qiymətli nümunələrindən olan “Kərpickəsən kişininin dastanı”, “ Atanın oğula nəsihəti”, “ Sözün qiyməti”, “ Sultan Səncər və Qarı” hekayələrini səsləndirmişlər.
Tədbirin sonunda kalifey sənətkarımız Rəşid Behbudovun ifasında şairin sözlərinə yazılmış
“ Sevgili canan” ifasını səsləndirilmişdir.

https://www.facebook.com/193703544640986/photos/a.352476178763721/753802228631112/?type=3&theater

https://www.instagram.com/p/CPEBAR-DO6ClTxe9XUcaNrbVHXo0_HCWjfXp2Y0/?utm_medium=copy_link