“Azərbaycan tarixində Heydər Əliyev imzası ”adlı videokonfrans

“Azərbaycan tarixində Heydər Əliyev imzası ”adlı videokonfrans

08 may 2021-ci il tarixdə Balakən Rayon İcra Hakimiyyəti və Balakən rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycan tarixində Heydər Əliyev imzası ”adlı videokonfrans keçirilmişdir.

Tədbiri rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva açaraq, Ümummilli Liderin mənalı ömür yolundan, Azərbaycanın inkişafı və tərəqqisi naminə gördüyü işlərdən danışıb. Bildirilib ki, Ulu Öndər tutduğu bütün vəzifələrdən Azərbaycan xalqının milli və dövlətçilik maraqlarının təmin olunması üçün istifadə edib. Məhz buna görə də Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daim hörmətlə anılır, xalqımız var olduqca anılacaq və qəlblərdə yaşayacaq.

Rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov çıxışında Heydər Əliyevin ölkəmizin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsini, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılmasının əsasını qoymuş, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlər göstərmiş tarixi şəxsiyyət olduğunu vurğulayıb.

Videokonfransda rayon Təhsil Şöbəsinin baş məsləhətçisi Sevinc İbadova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elməddin Atakişiyev, gənclər və idman idarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, Gənclər evi sosial xidmət müəssisəsinin əməkdaşı Qəmər Mikayılova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən nümayəndəliyinin rəhbəri Şahin Qarakişiyev və başqaları çıxış edərək, bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən bəhs edib, onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, heç vaxt yaddaşlardan silinməyəcəyini bildiriblər. Vurğulanıb ki, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”, - deyən Ulu Öndərin bu gün ruhu şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində əzəli Qarabağ torpaqlarımızı, mədəniyyət beşiyimiz olan Şuşa şəhərini erməni faşizmindən azad edib.

Tədbirin sonunda Ulu Öndərə həsr olunmuş şeir və mahnılar ifa olunub.

https://www.facebook.com/Balak%C9%99n-Rayon-Heyd%C9%99r-%C6%8Fliyev-M%C9%99rk%C9%99zi-193703544640986

https://www.instagram.com/p/COnXD_cjuh5Gut1-QAot9CbpfegCwSUolJzIXE0/?utm_medium=copy_link