Dərnəklər

Balakən rayon Heydər Əliyev Mərkəzində gənclərin və məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, bilik və bacarıqlarının təkminləşdirilməsi üçün müasir standartlara uyğun dərnəklər təşkil edilmişdir. Burada rəsm, şahmat, rus dili, rəssamlıq, xarici dil, rəqs və s. kimi dərnəklər fəaliyyət göstərir.

Rus-dili

Dərnək 18.12.2018-ci il tarixindən fəaliyyət göstərir. Dərnəyə mərkəzin əməkdaşı Şərifova Rəsiət rəhbərlik edir. Dərnək həftənin II,IV günlər saat 15:00 -da keçirilir. Yaş məhdudiyyəti yoxdur.

Rus dili dərnəyində ilkin yazı, şifahi nitq və oxu bacarıqlarının formalaşdırılması üçün müxtəlif oyunlar, çalışmalar, sınaq imatahanları və bir-birindən maraqlı yarışlar təşkil olunur. Dərslər kurrikuluma əsasən keçirilir.

.İngilis-dili

Dərnək 18.12.2018-ci il tarixindən fəaliyyət göstərir. Dərnəyə mərkəzin əməkdaşı Hudulova Günel rəhbərlik edir. Dərnək həftənin II,IV günlər saat 15:00 -da keçirilir. Yaş məhdudiyyəti yoxdur.

İngilis dili dərnəyində uşaqlarda şifahi nitqin inkişaf etdirilməsi məqsədi ilə müxtəlif oyunlar, şifahi özünü təqdimetmə, ilkin danışıq səviyyəsinin öyrədilməsi, qrammatikanın daha yaxşı mənimsənilməsi üçün müxtəlif test tapşırıqları və çalışmaların həlli məqsədi ilə sınaq imtahanları təşkil olunur.

Dərslər kurrikulum əsasında keçirilir.

Şahmat

Dərnək 02.04.2019-ci il tarixindən fəaliyyət göstərir. Dərnəyə mərkəzin əməkdaşı Qarakişiyev Şahin rəhbərlik edir. Dərnək həftənin II,IV günlər saat 15:00 -da keçirilir. Yaş məhdudiyyəti yoxdur.

Şahmat dərnəyində - Şahmat oyunun necə oynanılmasının öyrədilməsi ilə yanaşı dünya görüşünün inkişafı, diqqətli olmağı, fikirləşməyi, müqayisə etməyi, əvvəlcədən oyununun nəticəsini görməyi öyrədilir. Həmçinin uşaqlarda səbirlilik qabiliyyətini, özünü ələ almaq, dözümlülük hisslərini artırmaq, onlarda özünə tənqidlə yanaşma, sərbəst qərar vermək hissləri aşılanır.

Musiqi dərnəyi

Dərnək 02.04.2019-ci il tarixindən fəaliyyət göstərir. Dərnəyə mərkəzin əməkdaşı Novruzov Namiq rəhbərlik edir. Dərnək həftənin II,IV günlər saat 15:00 -da keçirilir. Yaş məhdudiyyəti yoxdur.

Musiqi dərnəyində muğam dərsləri, Azərbaycan xalq musiqiləri və səs ifaçılığı öyrədilir.

Rəqs dərnəyi

Dərnək 02.04.2019-ci il tarixindən fəaliyyət göstərir. Dərnəyə Kantayev Səddam rəhbərlik edir. Dərnək həftənin II,IV günlər saat 15:00 -da keçirilir. Yaş məhdudiyyəti yoxdur.

Burada Azərbaycan milli rəqsləri ilə yanaşı dünya rəqsləri peşəkar müəllim tərəfindən dərnək iştirakçılarına öyrədilir. Eyni zamanda rayonumuzda və respublikamızda baş tutan festival və yarışlarda fəal iştirak edirlər.

Rəssamlıq

Dərnək 07.01. 2018-ci il tarixdən fəaliyyət göstərir. Dərnəyə Qarayeva Günel rəhbərlik edir. Rəssamlıq dərnəyi həftədə 1 dəfə keçirilir.

Dərnəkdə şagirdlərə rəsm, rəngkarlıq və kompozisiya mövzusunda dərslər keçirilir. Dərnəyin yaradılmasında əsas məqsəd şagirdlərin asudə vaxtının təşkili, onlara rəsm vərdişlərinin aşılanmasıdır. Yaş məhdudiyyəti yoxdur.