Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vəsaiti hesabına Balakən rayonunda tamamilə yenidən qurulan Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında müasir memarlıq üslubu ilə fərqlənən Heydər Əliyev Mərkəzi inşa edilmişdir. Heydər Əliyev Mərkəzi 19 sentyabr 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və xanımı Azərbaycan Respublikasının Birinci vitse - prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın birgə iştirakı ilə açılmışdır. 2008-ci ildə fəaliyyətə başlamış Heydər Əliyev muzeyi Balakən rayon İcra Hakimiyyətinin başçısının 22 iyul 2011-ci il tarixli 144 nömrəli sərəncamı ilə mərkəzə çevrilmişdir. Mərkəz binasının daxili qurluşu iki hissədən ibarətdir. Mərkəzin ümumi sahəsi 720 m2, ölçüləri 31.6x 15.6 metr, hündürlüyü 5 metr, ekszpozisiya zalının sahəsi 330 m2-dir. Birinci mərtəbədə fond otağı, 200 nəfərlik böyük konfrans zalı, dəyirmi masa, elmi praktik konfranslar, müəyyən kütləvi tədbirlər, müvəqqəti sərgilərin keçirilməsi və məktəb şagirdlərinin asudə vaxtının maraqlı təşkili üçün kiçik konfrans zalı yerləşir.