Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olundu

Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olundu

Fevralın 14-də Yasamal rayonunda yerləşən 60 saylı tam orta məktəbin şagirdləri Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil etdilər. Şagirdlər Mərkəzin “Muzey” və “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri ilə tanış oldular. Burada onlara Mərkəzin bələdçiləri tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verildi.