Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə dövlət xidmətinin Yasamal rayon İdarəsinin əməkdaşları Yasamal rayon Heydər Əliyev Mərkəzini ziyarət etdilər

Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə dövlət xidmətinin Yasamal rayon İdarəsinin əməkdaşları Yasamal rayon Heydər Əliyev Mərkəzini ziyarət etdilər

Fevralın 13-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə Dövlət Xidmətinin yaranmasının 8 illiyi münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin əməkdaşları Yasamal rayon Heydər Əliyev Mərkəzini ziyarət etdilər.Qonaqlar ilk öncə Mərkəzin Muzey bölməsində Ümummilli lider Heydər Əliyevin büstünün önünə əklil qoyaraq, əziz xatirəsini böyük ehtiramla yad etdilər.Sonra Mərkəzin əməkdaşları qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri haqqında ətraflı məlumat verdi. Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Polad İbrahimov tərəfindən xidmətin bir qrup əməkdaşı öz işlərində səmərəli fəaliyyətinə görə diplomlarla təltif edildilər.

Qeyd edək ki, 13 fevral – ölkəmizdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Bu sahədə çalışan insanlar xidmətin yaranma gününü artıq 8 ildir ki, öz peşə bayramları kimi qeyd edirlər.