18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etmişdir. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmisi 23 ay sürmüşdür. 1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanda onun qorunub saxlanılması heç də asan olmamışdır. Məhz ümummilli lider Heydər Əliyevin xilaskar missiyası sayəsində bu gün yaranmasının 30 illiyini bayram etdiyimiz Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkə dinc inkişaf yoluna qədəm qoydu. Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli ümummilli lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyulmuşdur və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Ordumuzun şücaəti sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız qələbə nəticəsində bu il 30 il sonra müstəqilliyimizin bərpasını qalib xalq kimi doğma Qarabağda qeyd edirik. Yaşasın müstəqil Azərbaycan!