27 Sentyabr - Anım Günü ilə əlaqədar olaraq Yasamal rayon Heydər Əliyev Mərkəzinin bir qrup əməkdaşı II Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

27 Sentyabr - Anım Günü ilə əlaqədar olaraq Yasamal rayon Heydər Əliyev Mərkəzinin bir qrup əməkdaşı II Şəhidlər xiyabanını ziyarət edib, Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Mərkəzin əməkdaşları Azərbaycana qarşı hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədi ilə Şəhidlər Xiyabanında ucaldılmış Əbədi Məşəl abidəsi ziyarət ediblər.