İyunun 8-də 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin könüllüləri Yasamal rayon Heydər Əliyev Mərkəzində ekskursiyada oldular

İyunun 8-də 1 saylı  Bakı "ASAN xidmət" mərkəzinin  könüllüləri  Yasamal  rayon  Heydər  Əliyev  Mərkəzində ekskursiyada oldular

İyunun 8-də 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin könüllüləri Yasamal rayon Heydər Əliyev Mərkəzini ziyarət etdilər.

Ekskursiya zamanı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara riayət olundu. Ziyarətçilər Mərkəzin “Muzey” və “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri ilə tanış oldular. Mərkəzin fondunun baş mühafizi Azər Zeynalzadə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verdi.