Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı beynəlxalq vebinarda iştirak etdi

 
Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı beynəlxalq vebinarda iştirak etdi

Orta Asiya və Cənubi Qafqaz regionundan olan muzey işçilərinin müəyyən fəaliyyət sahələrində bilik və bacarıqlarını artırmaq məqsədilə 2021-ci ilin mart və aprel aylarında UNESCO-nun Almatıdakı nümayəndəliyi tərəfindən silsilə vebinarlar təşkil olundu.
Aprelin 7-də UNESCO-nun Almatıdakı nümayəndəliyi tərəfindən təşkil edilən vebinarda Yasamal rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Günel Həsənova da iştirak etdi.
Onlayn tədbirdə Rusiya Etnoqrafiya Muzeyinin direktoru, UNESCO-nun MDB-yə üzv-ölkələrdə muzeylərin inkişaf layihələri və muzey kolleksiyalarının qorunması üzrə mütəxəssisi Yuliya Kupinanın məruzəsi dinlənildi.
Daha sonra məruzə ətrafında müzakirələr aparıldı.