Qalib Ali Baş Komandan

Bu gün Azərbaycan Respublikasının prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olan cənab prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib.

Bu gün Cənab Ali Baş Komandanın qətiyyəti,siyasi gücü, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 gün ərzində tariximizə Böyük Qələbə zəfərini yazdi. Düşməni döyüş meydanında diz çökdürən, onu ağ bayraq qaldırmağa məcbur edən Ali Baş Komandanımız Azərbaycan hüquqlarını bərpa etdi və ərazi bütövlüyünü təmin etdi. Bütün dünya Ali Baş Komandanımızın güclü siyasi iradəsini və rəşadətli Azərbaycan Ordusunun gücünü gördü. İşğaldan azad olunan rayon və kəndlərimizə səfər etməklə xalqının,əsgərinin yanında olan, qədim tarixi- dini abidələrə xüsusi həssaslıqla yanaşan Cənab Ali Baş Komandanımızla hər birimiz qürur duyuruq.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, Ali Baş Komandana uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayırıq!