Yasamal rayon Heydər Əliyev Mərkəzində növbəti ekskursiya

Yasamal rayon Heydər Əliyev Mərkəzində növbəti ekskursiya

23 sentyabr tarixində bir qrup könüllü gənc Yasamal rayon Heydər Əliyev Mərkəzini ziyarət etdi.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara riayət olunmaqla, ziyarətçilər Mərkəzin “Muzey” və “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri ilə tanış oldular. Burada onlara Mərkəzin bələdçiləri tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verildi.
Könüllülər Heydər Əliyev irsinin təbliği məqsədilə keçirilən tədbirlərin təşkilində iştirak etmək arzusunda olduqlarını bildirdilər.